Körpə necə rahat yatsın?

loading...

Körpələrin yuxuya yaxşı getməsi  və tez ayılmaması üçün bəzi təkliflər var. Sizin övladınız yuxuya çətinliklə gedirsə diqqətli olun və təqdim edilən təklifləri dəyərləndirməyə çalışın.

  • Körpəni yatmazdan öncə onu doyunca yedirzdirin. Onun tox olduğuna əmin olmalısınız.
  • Altının təmiz olduğuna diqqət yetirin, əgər nəmlilik olarsa bu körpənin rahat yatmasına imkan verməyəcək.
  • Uşaqlar günorta yatmazlarsa gecə yuxusuna da bu öz təsirini göstərər. Bunun üçün də günortalar uşağı vaxtı vaxtında yatızdırın.
  • Körpənin otağında musiqili oyuncağın olması da gərəkdir. Amma bu elə səsli olmalıdır ki, onun yuxusunu qaçırtmasın.
  • Evdə olan səsi və işığı nəzarətdə saxlayın. Eyni səviyyədə olmasına fikir verin.
  • Normal yuxu üçün körpənin yatdığı yer də rahat və yumşaq olmalıdır.
  • Körpəni çarpayısına düz şəkildə uzadın.Çarpayıda olan hərarəti də diqqətdə saxlayın. Isti və rahat olmasını təmin edin.
Şərh yaz