Körpələri dənizə apararkən lazım olan 9 əşya

Balaca uşaqları çimərliyə aparmaq valideynlər üçün əsl sınaqdır, çünki bu zaman o qədər xırda şeyləri nəzərə almaq lazımdır ki, sonra bir problem yaranmasın. Biz sizə yardımçı olmaq məqsədi ilə körpələr üçün çimərlikdə lazım olacaq ən əsas məqamları təqdim edirik.

  1. Baş geyimi. İdeal olaraq papaq yalnız körpənin başını deyil, həm də gözlərini günəş şüalarından müdafiə etməlidir. Buna görə bu böyük örtülü kepka olmalıdır və uşağın başında yaxşı oturmalıdır ki, küləkli hava zamanı və ya körpə oynayaraq ora bura qaçarkən onun başından düşməsin. Körpənizi çimərlikdə oynayan digər uşaqlardan ayırmaq üçün parlaq rəngli papaqlar seçin :).
  2. Günəş eynəkləri. Yayda bu aksessuar körpələr üçün çox zəruridir. Polikarbonat plastik kütlədən hazırlanmış boz və ya yaşıl linzalı eynəklər ən faydalı hesab edilir. Bu rənglər təbii rəngləri maksimal dərəcədə saxlayır və gərginliyi çıxarır, material yüngül və möhkəmdir, cızılmır və demək olar ki, təsviri təhrif etmir.
  3. Əlavə alt geyimləri və üzgüçü tumanları. Əslində 3-4 yaşınadək olan uşaqlar çılpaq çimsələr yaxşıdır. Amma əgər belə variant sizin üçün münasib deyilsə, bu zaman körpəniz sudan çıxan kimi dərhal onun çimmə kostyumunu dəyişdirin, əks təqdirdə yaş geyim körpədə həddindən artıq soyumanı provokasiya edə bilər. Bundan başqa oyun zamanı yaş çimərlik geyiminə qum dolur ki, bu da uşağın cinsiyyət orqanlarında qıcıqlanmaya səbəb ola bilər.
  4. Yüngül üst geyimi. Bu geyimlər uşaqların çimdikdən sonra isinməsi üçün lazımdır. Bundan başqa belə geyimlər körpəni günəş şüalarından qoruyur. Çimdikdən sonra uşağınızı təmiz suyun altında yaxalayın ki, dəniz duzu yuyulsun, sonra onu tam qurudub yüngül üst geyimini geyindirin.
  5. Rahat çəkələklər və ya səndəllər. Belə ayaqqabılar çınqıllı çimərlikdə körpənin zərif dərisini qoruyacaq, isti qumdan və zibildən müdafiə edəcək. Bu tip uşaq ayaqqabısı xüsusi materiallardan hazırlanır, çox yüngül olur və tez quruyur.
  6. Gündən qoruyan kosmetika. Gün yanığından qurtulmaq üçün, zərif uşaq dərisini mütləq qoruyucu kremlərin köməyi ilə günəşdən müdafiə etmək lazımdır. Bir çox kosmetik vasitələr dərhal təsir etmirlər, buna görə də onları dəriyə qabaqcadan çəkmək lazımdır. Bundan başqa, hər dəfə çimdikdən sonra bu vasitələri dəriyə təkrar çəkmək lazımdır.
  7. İçkilər. Susuzluğu daha yaxşı adi qaynanmış və ya mineral qazsız su yatızdırır. Körpə uşaqlar üçün xüsusi butulkalarda su, daha böyük uşaqlar üçün isə kiçik qablaşdırmalarda olan şirələr uyğun gələcək. Süd və ev kompotları günəş altında tez turşuduğuna görə, onları çimərliyə götürmək məsləhət deyil. Şirin qazlı içkilər susuzluğu yatırmasalar da, iştahı pozur və nəticədə körpəniz yeməkdən imtina edərək ac qalacaq.
  8. Yemək. Uşağınızın ac qalmaması üçün özünüz ilə meyvə, tərəvəz və giləmeyvələr götürün. Qəlyənaltı üçün peçenyelərdə götürmək olar.
  9. Oyuncaqlar. Özünüzlə çimərliyə rezin və ya hava ilə doldurulan top, qumla oynamaq üçün dəst (vedrə, formalar, xəkəndaz) götürməyi unutmayın, çünki bütün uşaqlar qumla oynamağı çox sevir.
Şərh yaz