Körpələrin dırnaqları necə tutulmalıdır?

Dırnaq kəsimi
loading...

Bir çox körpə doğulduğunda dırnaqları uzun olur. Körpələrin dırnaq tutulması, valideynlər üçün çox əyləncəli bir iş olmasa da dırnaqlar çirk və bakteriya saxlayan yerlərdir.

Köhnədən 6 həftədən əvvəl körpələrin dırnaqlarının kəsilməməsi kimi inanclar var idi. İlk həftələrdə körpənin dırnaqlarının yumşaq olması səbəbiylə kəsilməsi lazım olmadığı düşünülürdü. Ancaq əzələlərini tam idarə edə bilməyən körpənin dırnaq baxımı ilk zamanlarda, ən çox öz təhlükəsizliyi üçün lazımlıdır.

Dırnaqlar necə tutulmalıdır?

  • Körpənizin dırnaqlarını daha asan tuta bilməyiniz üçün bir adama daha ehtiyacınız olacaq. Biriniz körpənin əlini möhkəmcə tutub, digəriniz dırnaqlarını kəsə bilər. Dırnaqlarını kəsərkən ən əhəmiyyətli şey barmaqlarının düzgün tutulmasıdır.
  • Körpənizi qucağınıza alın. Hərəkətlərini idarə altında tutub, barmağının ətli qisimini bir az geriyə çəkərək, dırnaq kəsmə əməliyyatına başlayın.
  • Körpənizin duş sonrasında dırnaqlarını kəsməniz doğru bir zaman ola bilər. Çünki körpəniz daha rahatlamış olar. İsti bir dəsmal ilə qucaqladığınız körpənizin dırnağını tutun. Əlləri tək-tək dəsmaldan çıxarıb dırnaqlarını tutmağınız, işinizi asanlaşdıra bilər. Ayaq dırnaqlarını da kəsəcəksinizsə yenə eyni üsulla, ayaqlarını tək-tək dəsmaldan çıxardaraq bunu edin.
  • Onu yedizdirdiyiniz və əmizdirdiyiniz sırada da çox rahatlamış və boşalmış olar. Yəni dırnaq tutulması üçün ideal bir zamandır. Sizə köməkçi ola biləcək biri körpənizin dırnaqlarını kəsə bilər. Bu sırada körpəniz dırnaqlarının kəsildiyini fərq belə etməz.
  • Körpəniz yatarkən də dırnaqlarını kəsməniz asan ola bilər. Ancaq işığın kifayət qədər olduğuna diqqət yetirin.
  • Körpələr üçün xüsusi hazırlanmış, ucu yuvarlaqlaşdırılmış dırnaq qayçıları ilə baxımını etməlisiniz.
  • Körpəniz bir az böyüyüb ünsiyyət qura bildiyiniz zaman da dırnaqlarını yalnız pilka ilə düzəltməniz kafi olacaq. Dırnaq kənarları yenə də iti qalır və düzəldilə bilmirsə əlcəklərdən imtina etməyin.
  • Körpənizin ayaq dırnaqlarını düz kəsməlisiniz çünki yumru kəsməyiniz dırnaq batmasına səbəb ola bilər.
  • Dırnaq kəsimi
  • Körpənizin dırnaqları çox sürətli uzanacağından, həftədə bir dəfə kəsməyiniz lazımdır. Ayaq barmaq dırnaqları daha yavaş uzanar və ümumiyyətlə ayda bir dəfə kəsməyiniz kafi olar.
Şərh yaz