Körpələrlə oynana biləcəyiniz oyunlar

loading...

Körpənizlə birlikdə əyləncəli vaxt keçirmək, onu sevindirmək, güldürmək və özünüzü də xoşbəxt etmək üçün onunla çoxlu oyun oynamalısınız.

2-4 aylıq

2-4 aylıq körpəniz üçün təklif edəcəyimiz oyunu, altını dəyişdirmə zamanı oynaya bilərsiniz. İşarə barmağınızla göbək dəliyi ətrafında bir dairə çəkin və ona “Yaramaz barmaq cinayət törətmiş, qaçırmış” kimi bir mahnı oxuyun.

Nəzakətlicə körpənizin göbək dəliyinə toxunun və barmağınızı havada dalğalandırarkən, “Yaramaz barmağı tutdum, tutdum” dəyin.

5-8 aylıq

Məktəb əvvəli uşaqların sevə biləcəyi bu oyunun körpələrə uyğun versiyasını siz də 9-12 aylıq körpənizlə oynaya bilərsiniz. Çox yüksək olmayan bir kresloya ya da kürsüyə oturun.

Körpənizi dizlərinizin üstündə otuzdurun və kreslodan yapışın. Bildiyiniz bir uşaq mahnısı ya da o anda uydurduğunuz sözlərdən ibarət yaranan bir mahnı oxuyun, qıçlarınızı yüngülcə qaldıraraq qıçlarınızla birlikdə körpənizi yelləyin.

9 – 12 aylıq

Bu dövrdə körpələrin enerjisini boşaltmasını təmin edəcək möcüzə bir oyun! Yastıq, döşək, çarşaf, ədyal, örtü və s. bir çox əşyanı istifadə edərək, onun içindən və üstündən keçə biləcəyi təpə və tunellər meydana gətirin.

Körpənizi yerə buraxın və ona bu ev istehsalı oyun sahəsində hərəkət etməsi üçün kömək edin. Əmin olun, çox zövq alacaq.

13 – 18 aylıq

Uşağınızın qollarından yapışın və ayaqlarını sizin ayaqlarınızın üzərinə yerləşdirərək otağının içində dövrə atın. Bu əsnada körpənizin üzü sizə də tərəfdə ola bilər.

Bu yaş qrupu üçün güldürmə zəmanətli bir başqa oyun fikri də bu ola bilər: Körpənizi bir örtünün ya da dəsmalın içinə oturdun və onu otaq içində sürüyün.

loading...
Şərh yaz