Krujevalı alt geyimi – cazibədarlığın sirri

loading...

Söhbət krujevalı alt geyimindən gedərkən ilk olaraq insan zəriflik, qadınlıq, istək hissi haqqında düşünür. Krujevalı geyimlər hər zaman zərif cinsin qarderobunun ayrılmaz hissəsi olacaq.

Kişilərin fikri
  • Əgər dəri, lateks və erotik alt geyimləri bəzi kişilərin diqqətinə layiqdirsə, krujevalı alt geyimləri kişilərin böyük əksəriyyətinin ürəyincədir. Lakin unutmayın ki, həddindən artıq çox krujeva, bantlar, büzmələr sizin obrazınızı o qədər də arzu olunan etməyəcək.
  • Əgər öz yoldaşınızın xoşuna gəlmək istəyirsinizsə, bu zaman nazik astarlı şəffaf alt geyimlərinə üstünlük verin.
  • Alt geyimlərində hansı rəngə üstünlük vermək lazımdır?
  • Kişilərin sözsüz üstünlük verdikləri rəng – qara rəngdir. Qara krujeva qadın dərisinin zərifliyini vurğulayaraq onunla ziddiyyət təşkil edir.
  • Məşhur qırmızı rəng yalnız ikinci yerdədir, çünki bir çox kişilər onu çox qabarıq və ədəbsiz hesab edirlər.
  • Ağ krujevalı alt geyimi yalnız təzə olduqda gözəl görünür. Ağ rəngli alt geyimləri artıq bir neçə dəfə yuyulduqdan sonra saralıb öz rəngini itirəcək.
  • Qadınlar tərəfindən çox sevilən çəhrayı, mərcanı, mavi rəngli alt geyim dəstləri yataq üçün yaramır, çünki onlar uşaq geyimlərinə bənzəyir və yetkin qadın ilə çox assosasiya edilmir.
  • Ən “aseksual” alt geyimi bej rəngli dəstlər hesab edilir. Qadın qarderobunun əvəzolunmaz aksessuarı olan bu geyim kişilərin fikrincə, çox darıxdırıcıdır.
Model və fason
  • Əgər büstqalter sizə gündəlik istifadə üçün lazım deyilsə, bu zaman nazik ipli modellərə üstünlük verin, hətta əgər sinəniz iri ölçüdədirsə. Onlar sinənizi daha pis saxlasa da, sinə formanızı qat-qat daha cazibədar göstərəcək.
  • Əgər siz öz bədən formanızdan əmin deyilsinizsə, bu zaman seçiminizi bəzəkli bodilər, korsetlərdə, qarının üstünü örtən maykalarda saxlayın.
  • Kişilərin gözünə krujevalı şortlar də strinqi kimi seksual görünür. Bundan başqa belə tip şortlar həmçinin selülit olan dərini gizlədə bilər. Sadəcə bu zaman krujeva qalın olmalıdır.
  • Alt geyimlərini yalnız rənginə görə deyil, forma və fasonuna da diqqət ayırmaq lazımdır. Bundan başqa krujevalı material da mütləq yüksək keyfiyyətli olmalı, hamar və yumşaq parçalardan hazırlanmalıdır ki, ona yalnız baxmaq deyil, toxunmaq da xoş olsun.
  • Sadə trikotaj geyim dəstlərini yuxu və idman üçün saxlayın. Özünüzü və sevgilinizi zərif krujevalı alt geyimləri ilə sevindirin, hər zaman müxtəlif və maraqlı obrazlardan istifadə edin.