Krujevalı donlar – 2014-cü ilin trendi

loading...

Krujevalı libaslar qadının zərifliyini və cazibədarlığını təcəssüm edir. Müasir dəbli tendensiyalar günün vaxtından və təqib edilən səbəbdən asılı olmayaraq düzgün modeli seçərək krujevalı geyimlər geyinməyə imkan yaradır. Krujevalı don sizi buraxılış balın, korporativ axşamın kraliçası edə bilər və ya adi gündə gözəl görünməyinizə imkan yaradar.

Krujevalı libaslar artıq bir neçə mövsümdür ki aktual olaraq qalır. Dizaynerlər zərif fakturalardan imtina etməyə hələki tələsmirlər və tez-tez öz kolleksiyalarının yaradılması üçün bu materialdan istifadə edirlər. 2014 ilin yaz-yay nümayişləri də istisna deyil. Müxtəlif uzunluqda, həcmdə və rəngdə olan krujevalı donlar podiumları məftun edir. Dizaynerlər həmçinin krujevalı fakturaları başqa materiallarla (ipək, şifon, atlas, tül və hətta dəri) uyğunlaşdırıb, yeni libaslar təqdim edirlər.

Qısa krujevalı donlar

Belə modellər qamətli və uzun ayaqların sahibələrinin sevimlisidir.

Krujevalı donlar Krujevalı donlarKrujevalı donlar

Uzun krujevalı donlar

Uzun krujevalı don sizi gecənin əsl şahzadəsi edəcək. Belə geyimdə sizi yenilik və incəlik müşayiət edəcək. Gecə üçün uzun tünd rəngdə olan krujevalı don daha yaxşıdır. Qara, tünd yaşıl, tünd qırmızı və ya tünd göy rənglər sizi nəfis və zərif göstərəcək.

Uzun krujevalı donlar

Uzun krujevalı donlar

Krujevalı gəlinliklər

2014-cü ilin dəbi, gəlinlərə çiyinlərini krujevalı materialla örtməyi məsləhət görür. Bu il korseti və ya qolları krujeva ilə işlənilmiş gəlinliklər çox dəbdədir.Krujevalı gəlinliklər

Pastel tonlarda olan krujevalı donlar

Bir çox dizaynerlər pastel tonlarında olan krujevalı geyim dəstələrini təklif edirlər. Ağ, karamel və krem rəngli krujevalı donları yaz-yay mövsümündə xüsusən dəbdə olacaqPastel tonlarda olan krujevalı donlarPastel tonlarda olan krujevalı donlar

Parlaq krujevalı donlar

2014-cü ilin kolleksiyalarında göy, sarı, yaşıl, narıncı, zümrüd, qırmızı rənglərdə olan donlara rast gəlinsə də, parlaq çalarlarda olan krujevalı donlar o qədər də məşhur deyil.Parlaq krujevalı donlarParlaq krujevalı donlar

Kontrast astarlı krujevalı donlar

2014-cü ilin daha bir dəbdə olan tendensiyası kontrast astarla tikilmiş krujevalı donlardır. Belə geyim variantı gənclərin əyləncə gecəsi üçün çox aktual olacaq.

Əziz modapərəstlər, bu yazda krujevalı libaslar geyinin ki, sizə individuallığınızı göstərməyə imkan yaransın.

Şərh yaz