Kürəkdə boyunbağı

loading...

Əgər nəyisə əksinə etsək, bəzən nə isə maraqlı bir şey alına bilər. Lyuis Kerollun stilində olan bu tövsiyəni geyimlə də əlaqələndirmək olar. Daha dəqiq desək isə geyim tərzi ilə. Son vaxtlar belə bir tərz dəbdədir: hesab edilir ki, kürəyi açıq geyimlər ilə boyunbağını tərsinə salmaq çox gözəl görünür.

Əslində bu trend o qədər də yeni deyil. Keçən əsrin 20-ci illərində sotuar adlı bir tendensiya inanılmaz dərəcədə məşhur idi ki, bu uzun zəncirdən ibarət olan böyük daşlarla və ya kulonla bəzəklər idi ki, onları qəsdən tərsinə, kürəyə ataraq daşıyırdılar. Sotuarlar xüsusən açıq kürəkdə çox gözəl görünürdü.

Boyunbağını, sepi, sotuarı belə daşımaq üsulu obraza bir “xüsusiyyət”, gözlənilməzlik effekti, bir qədər zəriflik və qeyri-məcburilik əlavə edir.

Belə bəzəklərlə yaxşı olar ki, saçlarınızı gözəl saç düzümünə yığaraq kürəyinizin açıq qalmasını təmin edin.
Tamamilə açıq kürəkdə uzun zəncirli seplər yaxşı görünür, lakin çox dərin olmayan kəsiklə, daha çox uzun olmayan seplərdə bir neçə sıra mirvari və ya bir kulon daşımaq olar.

Bu tərz ilə son zamanlar hətta tərsinə geyinilmiş köynəklər, kardiqanlar da diqqət çəkir.

Bəs belə boyunbağı daşımaq tərzi sizin xoşunuza gəlirmi?

[justified_image_grid facebook_id=122845817774316 facebook_album=719984911393734]

Şərh yaz