Lülə-Kabab

loading...

Yağsız mal əti çox faydalıdır. Xüsusilə yaz fəslində özünü halsız və yuxulu hiss edənlərə bol enerji bəxş edir.

Bizə lazımdır:
  • Mal ətinin qiyməsi – 600 qr,
  • Baş soğan – 1 əd.,
  • Sarımsaq – 4 diş,
  • Cəfəri (qurudulmuş da ola bilər) – 2 xörək qaşığı,
  • Qatıq -150 qr,
  • Salat – bir neçə yarpaq,
  • Pomidor – 1 əd.,
  • Xıyar tutması – 2 əd.,
  • Turp – 4 əd.,
  • Limon – 1 əd.,
  • Taxta şişlər – 4 əd.

Soğanı və sarımsağı (2 diş) xırda-xırda doğrayın. Ət qiyməsini soğan və sarımsaqla qarışdırın, duz, istiot və cəfərini (1 xörək qaşığı) əlavə edin. Bir qədər gözləyin. Daha sonra yaxşıca qarışdırın və 30 dəqiqəlik kənara qoyun.

Sürtgəcdən xıyar, sarımsaq (2 diş) keçirin və qatıq əlavə edin. Duz, istiot qatın və sousumuz hazırdır.
Kəbabın bişməsi 20 dəqiqə vaxt aparacaq. Bu vaxt ərzində onu 1-3 dəfə çevirin.

Tərəvəzləri doğrayın, oşqaba düzün və üzərinə limon şirəsi sıxın. Qalan cəfərini üzərinə səpin.

Hazır kəbabları tərəvəzin üzərinə düzərək sousla qonaqlara təqdim edin.

loading...
SHARE
Şərh yaz