Makiyaj üçün fırçalar

loading...

Kosmetikanın arsenalına malik olaraq, onun istifadəsi üçün xüsusi fırçalardan istifadə etmək tövsiyə edilir. Bu haqda yalnız peşəkar vizajistlər deyil, həm də sevimli makiyaj vasitələrinin qayğısına qalanlar yaxşı bilir.

Fırçalarla yalnız rahat kosmetika çəkmək deyil, həm də yayılmış kölgələrsiz səliqəli parlaq obraz yaratmaq olur.
Müasir zamanda praktiki olaraq bütün kosmetik markalar belə fırçaların geniş seçimini təklif edir. Adlı -sanlı istehsalçılar markalarını saxlamaq üçün, məhsulun materiallarını yoxlayırlar, məhsulun keyfiyyətli məhsul olmasına nəzarət edirlər.

Makiyajın köməyi ilə ifadəli obrazı necə yaratmaq olar?

Fırçalar təbii (samurun, poninin, dələnin tükündən) və sintetik (akril, neylon) xovdan hazırlanır. Quru kosmetik vasitələr (göz kölgələri, ənliklər, kirşanlar) təbii xovdan hazırlanmış fırçalarla, yağlı kosmetik vasitələr isə (tonal kremlər, pomadalar) – neylon və ya akril, yəni sintetik xovdan hazırlanmış fırçalar ilə çəkilir. Çünki bu zaman kosmetika lifə hopmur və dəriyə hamar yayılır.

Elastik xov kosmetik vasitələri yaymaq üçün, yumşaq xov isə tuşlama üçün yararlıdır. Bütün fırçalar yaxşı doldurulmuş olmalıdır, tükləri çıxmamalıdır. Peşəkarlar təbii ki, bir neçə növdə olan fırçalardan istifadə edirlər, amma evdə kosmetika sumkasında 6-8 fırçanın olması kifayətdir.Makiyaj üçün fırçalar

Kirşanın çəkilməsi üçün tiftikli, yumşaq, yumru, böyük fırça uyğun gələcək. Onun köməyi ilə kirşanı yığmaq, artıqlarını çırpmaq, həmçinin üzün konturuna bərabər hərəkətlərlə yaymaq olar.makiyaj

Ənliklərin çəkilməsi üçün fırça orta ölçüdə, yumşaq xovlu və günbəzşəkilli formada olmalıdır. Onun köməyi ilə yanaqlara ənlik çəkərkən üzün ovalına düzəliş etmək olur.

Qaşları sərt, neylon və təbii xovdan hazırlanmış (qabanın, keçilərin, porsuğun tükü), yastı biçilmiş fırça ilə düzəliş etmək rahatdır.makiyaj

Kölgələrin, kirşanın və ənliklərin çəkilməsindən sonra artıq kosmetik vasitələri incə uclu təbii liflərdən hazırlanmış yelpikvarı fırça ilə təmizləmək olar.

İkitərəfli fırçanı kirpikləri və qaşları daramaq və onlara səliqəli forma vermək üçün istifadə edirlər. Adətən qabanın və ya porsuğun tükündən hazırlanmış sərt xovlu fırça qaşlar üçün, plastik və ya dəmir darağı olan fırça kirpiklər üçün nəzərdə tutulmuşdur.göz makiyajı

Qeyd edək ki, fırçaları mütəmadi kosmetikadan təmizləmək və adi sabun suyu ilə və ya xüsusi vasitələrlə dezinfeksiya etmək lazımdır.

loading...
Şərh yaz