Memati Bakıya gələcək

Memati
loading...

Türkiyənin məhşur “Kurtlar Vadisi Pusu” serialıdakı “Memati” obrazını canlandıran Gürkan Uyğun yerli saytlara müsahibə verib.

Xanim.Net publika.az-a istinadən həmin müsahibəni təqdim edir.

– Sizə necə müraciət edək, Memati, yoxsa Gürkan Uyğun?

– Gürkan Uyğun desəniz, daha yaxşı olar (gülür).

– Gürkan Uyğunu bir-iki cümlə ilə tanıdın onda

– İzmit, Yarımcada doğulmuşam. Sıradan bir ailənin 5 uşağından biriyəm. Elə ən qısası, sizlərin tanıdığı Mematiyəm.

– “Memati” obrazının xarakteri onu deməyə əsas verir ki, çox maraqlı və ipə-sapa yatmayan uşaqlığınız olub, elədir?

– Çox dəcəl uşaqlığım olub. Deyim ki, uşaqlıqdan aktyorluğa meylli olmuşam. Televizorda kimi görsəm, yamsılayırdım. Rəhmətlik anam deyərdi ki, sənin ağzını bir yuma bilsəm. Onu da deyim ki, çox çalışqan uşaq olmuşam.

– Yamsıladığınız insanların içində varmıydı örnək aldığınız, mən böyüsəm, buna bənzəyəcəm dediyiniz biri?

– Uşaqlığımda belə biri yox idi. Amma tələbəlik illərimdə örnək aldığım bir çox aktyorlar oldu. Bunlar, sadəcə, Türkiyədə olanlar deyildi, dünya ulduzları da vardı.

– Məktəb və tələbəlik illərindən heç unutmadığınız bir xatirəniz yaddınızda qalıb?

– Var, Universitetdə iki il kursda qalmağım hələ də yadımdan çıxmır (gülür).

– Gürkan bəy, neçə övladınız var?

– İki qızım, birnin adı Balım, digərinin adı Ateş.

– Amma filmdə övladınızı, Mamoşu öldürdülər

– Təbii, bu kinodur, ssenarist nə yazıbsa, rejissor necə deyirsə, aktyor həmin obrazı yaratmalıdır. Amma iki övlad atası kimi, heç bir ataya övladını dəfn eləməyi arzulamaram. Düşmənim olsa belə. Bir sözlə, uşaqlar ölməsin.

– Niyə “Kurtlar Vadisi Pusu”dan ayrıldınız?

– Müsahibəyə o şərtlə razılıq verdim ki, Necati Şaşmaz və “Kurtlar Vadisi Pusu” məsələsinə toxunmayaq. Əks halda mən yoxam bu müsahibədə (gülür).

– Deyəsən, yeni seriala çəkilirsiniz?

– Siz “Qaçaq” serialını izləmirsininiz? Bəs deyirdiniz azərilər mənim fanatımdır (gülür). Təbii, zarafat edirəm. “Qaçaq” serialına çəkilirəm.

– Özünü “Memati”yə oxşadanlar var, nə deyərdiniz?

– Məncə, özləri olsunlar.

– Azərbaycandakı izləyicilərinizə bəs nə deyərdiniz?

– Çoxlu salamlarımı, sevgilərimi çatdıriram. Biz yad deyilik, doğma xalqlar, qardaş ölkələrik. Mən sevinirəm ki, Azərbaycanda bu qədər sevənlərim var. Bakıya gələcəm, dolmanızdan yeyəcəm və canlı-canlı azərbaycanlı fanatlarıma təbriklərimi çatdıracam (gülür).

– Təşəkkür edirik

– Mən təşəkkür edirəm.

loading...
Şərh yaz