Mətbəx Sobasında Kartof

1234
loading...

Kartofu çox dəyişik variantlarda bişirib: soyutmasını, qızartmasını və s. Mətbəx sobasında bişən kartofu digərlərindən fərqləndirən cəhət – xardaldan, süd kremindən hazırlanan sousudur.

6 nəfərlik Bişmə müddəti 15-20 dəqiqə

İçindəkilər:

  • 4 ədəd orta ölçülü kartof
    Sousu üçün:
  • 1 stəkan süd 1 paket hazır süd kremi (200 ml)
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 stəkan sürtgəcdən keçirilmiş dil pendiri (təzə kaşar və ya istədiyiniz hər hansı pendir növündən istifadə edə bilərsiniz)
  • 3 diş sarımsaq
  • 1 çay qaşığı şirin xardal
  • 1 çay qaşığı qırmızı pul bibər
  • yetəri qədər duz,
  • qara bibər

Hazırlanması:

Kartofları yaxşıca yuduqdan sonra bir qazana alıb üzərinə kartofları örtəcək miqdarda su əlavə edib ocağa qoyun və kartoflar bişənə qədər qaynadın (Kartofların dağılmamasına diqqət edin). Soyuyan kartofları 1 sm qalınlığında doğrayın. Kartof dilimlərini orta ölçülü, kənarları yüksək yuvarlaq və ya dörd-dörd olmaqla soba qabına dik duracaq şəkildə yan-yana yerləşdirin.

Üzərinə duz, qara bibəri səpin. Digər tərəfdə, sousunu hazırla-maq üçün süd və kremi dərin bir qaba tökün. Üzərinə zeytin-yağı və sürtgəcdən keçirilmiş pendiri əlavə edib döyülmüş sarımsaqları da qataraq qarışdırın. Xardal və pul bibəri də əlavə edin və bütün bu qarışığı çəngəl vasitəsi ilə yaxşıca qarışdırın. Hazırladığınız bu sousu kartof dilimlərinin üzərinə gəzdirin. 10 dəqiqə öncədən isidilmiş 175 dərəcəlik sobada 25-30 dəqiqə bişirib çıxardın. İsti-isti servis edin.

Şərh yaz