Mətbəx təmizliyinin əsasları

loading...

Yeməklərimizi hazırladığımız yer olan mətbəximizdə hər şeydən öncə təmizlik gəlməlidir. Xanım.net bu dəfə Sizlərə mətbəx təmizliyində bəzi məqamları çatdırmağa çalışacaq:

Yemək hazırlamağa başlamazdan əvvəl, çiy ət, yaxud toyuq məhsullarına toxunduqdan sonra əllər 20 saniyə fasiləsiz olaraq isti su və sabunla yuyulmalıdır. İstifadə etdiyiniz bez və süngərlər yaxşı təmizlənmədikdə bir neçə saat ərzində üzərlərindəki bakteriyalar artıb çoxalır. Çiy əti doğrayarkən işlətdiyiniz bıçağı təmizləyib, qaynar suda saxlayaraq dezinfeksiya edin.

Mətbəx avadanlıqları və əlüzyuyan isti, sabunlu su ilə yuyulduqdan sonra 1 çay qaşığı xlor əlavə edilmiş su ilə durulanmalıdır. Sintetik, plastik qablardan təkrarən istifadə etməyin, atın. Bəzən ət məhsullarını bişirməzdən əvvəl bakteriyalardan təmizləmək məqsədi ilə yuyurlar. Buna ehtiyac yoxdur, çünki bakteriyalar yalnız 71 dərəcə selsidə məhv olur.

Mətbəxdə işlədilən yaş bezlər mikrob mənbəyinə çevrilməsin deyə, həftədə 1 dəfə paltaryuyan maşında isti su ilə yuyun.

Mətbəx taxtasının təmizliyi həmişə diqqətdə saxlanmalıdır. Çalışın çiy ət, toyuq, balıq üçün işlətdiyiniz taxtadan salat üçün istifadə etməyin, yəni salat taxtasını ayırın. Taxtanı fırça ilə yuduqdan sonra xlorlu su ilə də durulayın.

Ərzaq məhsullarına əldən də bakteriya və mikrob yoluxur. Odur ki, işə başlamamışdan qabaq da, sonra da əlləri təmiz yumaq lazımdır.

loading...
SHARE
Şərh yaz