Meyvələrin düzgün qəbulu

Meyvələr
loading...

“Meyvələri ac qarına yeməyin!”, ” desert zamanı meyvə yeməyin!”, “yeməkdən sonra yeyilən meyvələr qaraciyərin sirrozuna gətirib çıxarda bilər!”, “meyvələr kariyesə səbəb olur!”, “Meyvələr diabet yarada bilər!” – bu cür başlıqlara sosial şəbəkələrdə tez – tez rast gəlinir! Oxuyub təsirlənəcəksiniz və belə hesab edəcəksiniz ki, meyvədən imtina etsəm daha yaxşıdır ! Tələsməyin, meyvələrin istifadəsi haqqında ümumi tövsiyələrimiz var.

Həzm sistemində xüsusi problemləri olmayan sağlam insanlar giləmeyvə və meyvələri hamısından yaxşı yemək arası fasilələrdə qəbul etsinlər- əsas qidanın qəbulundan yarım saat sonra. Bu vaxta kimi naharda yeyilmiş qida həzm ediləcək və nazik bağırsaqlara yola düşəcək. Turşuluq dərəcəsinin səviyyəsi kifayət qədər yüksək qalacaq ki, buda giləmeyvə və meyvələrin həzmini yaxşılaşdıracaq.

Mədə şirəsi və yüksək turşluğu olan insanlar giləmeyvələri, xüsusilə qarağatı, albalını və turş almanı yeməkdən 20-30 dəqiqə əvvəl istifadə etməlidirlər. Əks təqdirdə meyvə turşuluğu yüksəldəcək və buda qastrit və mədə yarasının kəskinləşməsinə gətirib çıxarda bilər .

Yemiş istisna təşkil edir. Bu şirin meyvə sellülozla zəngindir, hansı ki, ətin sürətli mənimsəməsinə mane olur. Diyetoloqlar həzm sistemin durumundan asılı olmayaraq əsas qidadan 1-1,5 saat sonra sonra qəbul etməyi məsləhət görürlər.

Armud iştahanı stimullaşdırır, həzmə imkan yaradır, sidikqovan təsirə malikdir və hərarət hissini aşağı salır. Təzə armud kifayət qədər kobud qida liflərini özündə saxlayır, bağırsaq problemləri zamanı və ac qarnına qəti qəbul etmək olmaz. Amma armud kompotunu qəbul etmək olar. Qanazlığı vaxtı faydalı çərəz kimi, gündəlik nahara iki böyük armud yemək olar. Bunun üçün armudu qabıqdan təmizləyib, meyvənin ətini iki çay qaşığı balla qatışdırırlar. Armud kəskin bronxiti müalicə edir: 1 stəkan armud şirəsinə desert qaşığı itburnu siropunu əlavə edirlər və gündə üç dəfə yarım stəkan içirlər.

Armudu yedikdən sonra, çiy su içmək, həmçinin ağır qida və ət qəbul etmək olmaz.

Ənənəvi Çin təbabətinin məhdudiyyətləri:

  • ürək bulanma, qusma, ishal, ağrıyla müşahidə olunan dispepsiya hadisələri vaxtı bağırsaqların xroniki iltihabı, sancı, həmçinin şəkərli diabet vaxtı armuddan istifadə etmək qadağandır.

Kivi – Nahardan sonra yeyilmiş bir neçə kivi mədədə ağırlıq hissindən qıcqırma və gəyirmədən qurtulmağa kömək edəcək. Kivini ət, vetçina, balıq yeməklərində (xüsusən qızılbalıqla, krevetlər) və qızardılmış yağlı yeməklərdən sonra istifadə etmək tövsiyə edilir, kanserogen maddələrin neqativ təsirini azaltmağa kömək edir.

  • süd məhsullarıyla birgə istifadə vaxtı həzmin pozulmasına, ishala, qarının şişməsinə səbəb ola bilər.

Almadan istifadə etmək tövsiyə edilmir:

  • nefritlər vaxtı;
  • şəkərli diabet vaxtı;
  • yeməkdən əvvəl.

Üzüm: Təzə dərilmiş üzüm bağırsaqlarda xoşagəlməz səslərlə müşayiət olunan qıcqırmaya səbəb ola bilər, buna görə üzümü yığımından 2 gün sonra qəbul etmək tövsiyə edilir.

Ənənəvi Çin təbabətinin məhdudiyyətləri:

  • üzümün istifadəsindən sonra dərhal su içmək olmaz, çünki bu ishala səbəb ola bilər;
  • arzu olunandır ki, üzümün və hər hansı içkinin qəbulundan ən azı dörd saat keçsin;
  • ənənəvi Çin tibbi üzümü, şəkərli diabetlərə istifadə etməyi məsləhət görmür.

Bananı acqarına yemək tövsiyə edilmir. Banan qanın və limfanın qatılığını artırır, tromboflebitlərin və damarların varikoz genişlənməsinə gətirir. Tərkibinə görə kartofa yaxındır, onlarda nişasta çoxdur, deməli bananla qidalanaraq arıqlamaq qeyri-realdır. Tündləşmiş meyvənin ətini yeməyin.

Ənənəvi Çin təbabətinin məhdudiyyətləri:

  • bananı kəskin və xroniki nefrit və böyrəklərin başqa xəstəlikləri vaxtı istifadə etmək olmaz;
  • bananı mədə şirəsinin yüksəldilmiş turşluq dərəcəsi vaxtı istifadə etmək tövsiyə edilmir;
  • həzm pozulmaları, ishal, mədə xəstəlikləri vaxtı bananın istifadəsini məhdudlaşdırmaq lazımdır,

Portağal: Portağalların qeyri-məhdud istifadəsi qaraciyəri zəiflədir, portağalın şirəsi mədə və bağırsaq xəstəlikləri vaxtı zərərlidir. Onu yeməkdən yarım saat sonra qəbul etmək olar. Onda olan turşu diş minasını korlayır, portağal yedikdən sonra ağızı yaxalamaq lazımdır.

Şərh yaz