Min bir dərdin dərmanı…

Loading...

Təmiz arı balı qədim dövrlərdən bu günədək xalq təbabətində və tibbdə bir çox xəstəliklərin əlacı kimi istifadə olunur. Xanım.net min bir dərdin dərmanı sayılan balın əsas təsir göstərdiyi müalicəvi xassələri təqdim edir:

Möcüzəvi hesab olunan balın köməyi ilə zəif, arıqlamış xəstələrin ümumi vəziyyəti düzəlir, çəkisi normallaşır, qanında hemoqlobinin miqdarı artır.

  • Təbii bal antivirus xüsusiyyətləri ilə infeksiyalara, mikroblara qarşı təsirli vasitə hesab olunur.
  • Bal həmçinin diş bakteriyaları zərərsizləşdirməyə də kömək edir. Belə ki, bu məcun dişlərdə ərpin meydana gəlməsini azaltmaqla yanaşı, ağız suyunda istifadə edilən kimyəvi qlukonat qədər təsirli hesab olunur.
  • Balın dodaqlardakı uçuqları sağaltmaqda da effektli olduğu bildirilir.
  • Balın yaraların müalicəsində sağalma prosesini sürətləndirdiyi də qeyd olunur.
  • Bundan əlavə, mədə-bağırsaq, ürək-damar, vərəm və hətta soyuqdəymə xəstəliklərinin müalicəsində geniş istifadə olunur.
  • Bal bədənə istilik verməklə bərabər sidik qovucu və quruducu xassəyə malikdir.
  • Bal həmçinin bağırsaqların və böyrəklərin daha yaxşı işləməsini təmin etməyə, əsəb sistemini qaydasına salmağa köməklik göstərir.
  • Zehni əməklə məşğul olan adamların iş qüvvəsini artırmağa yardımçı olur.
Loading...
Şərh yaz