Möhkəm və xoşbəxt münasibətlərinin sirri

loading...

Sizə möhkəm və xoşbəxt münasibət qurmaq üçün bir sıra konkret tövsiyələr təqdim etmək qərarına gəldik. Beləliklə, aşağıda qeyd olunan punktlara riayət edərək siz öz münasibətlərinizi daha möhkəm edə bilərsiniz.

  • Etimad. Bu istənilən münasibətlərin təməlidir. Öz tərəfdaşına etimad etməkdən başqa, onunda etimadını qazanmaq olduqca vacibdir.
  • Söhbət. Çalışın daha çox ünsiyyətdə olasınız. Sizə maraqlı olan bütün mövzuları müzakirə edin. Bu müxtəlif yönlü mövzular da ola bilər: məişət problemləri, uşaqların tərbiyəsi və ya məzuniyyətin planlaşdırılması, seks, gələcək planlar və s. Ümumiyyətlə bir-birinizlə nə qədər çox danışsanız o qədər daha yaxşıdır, ünsiyyət zamanı həm də bir sıra məsələlərdə öz həllini tapır.
  • Özünüzə xüsusi vaxt ayırın. Vaxtaşırı özünüzə vaxt ayırmağınız lazımdır. Öz hobbiniz ilə məşğul olun və ya vaxtınızı məhz sizə xoş olduğu kimi keçirməyə çalışın – rəfiqələriniz ilə görüşün, teatra və ya kinoya gedin, idmanla məşğul olun və s.
  • Artıq indidən xoşbəxt yaşamağa başlayın. Çox vaxt insanlar xoşbəxtliyi sonraya saxlayır, bu günlə yaşamırlar. Məsələn bəzi xanımlar arıqlamaqlarını gözləyir, başqaları daha çox pul qazanmaqlarını, alış veriş etmələrini, digərləri isə ailə qurmağını gözləyir və s. Zaman isə öz axarı ilə gedir, bütün problem isə ondadır ki, siz hər şeyi sonraya saxlayaraq sonda xoşbəxt olmağa imkan tapa bilməyəcəksiniz.
  • İndiki münasibətlərinizi əvvəlkilər ilə müqayisə etməyin. Əks halda indiki tərəfdaşınız ilə 100% yaxın ola bilməyəcəksiniz. İstədiyiniz adama sərf etmək istədiyiniz enerji lazımsız fikirlərə sərf olunacaq, yəni boş yerə gedəcək.
  • Yarınızla münasibətləriniz ilk planda olmalıdır. Nikah iki insan arasında ən güclü rabitə sayılır. Uşaqlar böyüyüb valideynlərini tərk edirlər, həyatda yeni dostlar peyda olur və itir, zaman dəyişir… Lakin yanınızdakı adam hər zaman sizinlə bir olur.
  • Niyə evləndiyiniz, bir yerdə olduğunuz və bir-birinizi seçdiyiniz barədə tez-tez özünüzə sual verin. Bir çox insanlar bəzən bunu unudur və yeni mənzil və ya bağ evi, maşın qazanmaq üçün bir yerdə yaşamağa başlayır. Amma birlikdə olmağınızın əsas səbəbi əslində sizin bir-birinizə olan sevginizdir.
  • Özünüzü heç vaxt digər cütlüklər ilə müqayisə etməyin. İstənilən çətinliklərin bir yerdə öhdəsindən gəlməyin mümkün olduğunu unutmayın. Həyatda hər şey ola bilər, çalışın bir-birinizi hər zaman dəstəkləyəsiniz. Maliyyə, sağlamlıq və ya işinizin sizin münasibətlərinizə girməsinə imkan verməyin. Çətin anlarda siz bir-biriniz üçün ən yaxşı dayaq olacaqsınız.
  • Tərəfdaşınızın uğurlarına ürəkdən sevinin. Heç vaxt paxıllıq edib rəqabət aparmağa çalışmayın. Unutmayın ki, məhəbbət şərab kimidir, illərlə yetişir. Siz nə qədər uzun müddət birlikdəsinizsə, o qədər tarix sizi birləşdirir. Əgər siz öz münasibətlərinizi qorusanız, onda onlar gündən-günə möhkəmlənəcək.
  • Bacardığınız qədər tez-tez öz sevginizi etiraf edin. Hansısa bir vaxt biz düşünürük ki, hisslərimiz göz qabağındadır. Amma bu belə deyil, bizim hamımıza lazımlı olmağımızın təsdiqi lazımdır.

Xoşbəxt olun!

loading...
Şərh yaz