Müasir qadının həyat prinsipləri

loading...

Dəfedilməz olmaq üçün, yalnız qaydalara riayət etmək lazımdır. Ona görə müvəffəqiyyətlərə nail olmaq üçün sadəcə bütün dünya qadınları tərəfindən təsdiq edilmiş cəmi bir neçə prinsipin tərəfdarı olmaq kifayətdir.

  • Səhv etməkdən çəkinməyin. Səhvlər – inkişaf üçün əla imkan yaradır. Naomi Kempelin sözlərinə görə: “Siz səhv etməlisiniz. Səhvlər əsasında biz çox şeyi öyrənə bilirik. Bu bizim dünyamızın mahiyyətidir. İnsanın şəxsiyyəti – bu onun özünə baxışıdır, öz problemlərini həll etməsidir və öz həyatını yaşamasıdır.
  • Səyahət edin! İldə iki dəfə heç vaxt olmadığınız yerlərə yola düşün. Səyahətlər özünüzü tapmağa kömək edəcək. Uma Turman deyir ki: “Mən uşaqlarımla bir il uzunluğu olan səyahətə çıxmağı arzu edirəm. Həyat yoldaşımı yoldan tapacağam”.yol-kenarinda-qiz
  • Müstəqil olun. Sizin xoşbəxtliyiniz başqalarının fikirlərindən və hərəkətlərindən deyil, yalnız özünüzdən asılıdır. Emma Uotson düşünür ki, “Sizin özünə qiymətiniz yadların fikirindən, onların şərhlərindən və sözlərindən asılıdırsa, bu çox təhlükəlidir”.
  • İnsanları və vəziyyətləri boş buraxın. Hadisələrin mümkün variantları haqda düşünməyin. Bu çətin olduqda, özünüzə belə bir sual verin: “5 ildən sonra bu mənim üçün əhəmiyyətli olacaqmı?”.gozel-qiz
  • Pessimist olmayın. Dünya böyükdür və məhz sizin baxışlarınızdan və təbəssümünüzdən xoşbəxt olacaq biri mütləq tapılacaq.
  • Qorxularınıza qalib gəlin. Qorxu – yalnız illüziyadır. Madonna hesab edir ki: “Mənim nədənsə qorxmağım adətən mənin bunu etməyimi məcburiyyətində olmağımı bildirir”.
  • Heç vaxt təslim olmayın! Unutmayın ki, inad həmişə mükafatlandırılır. Rozi Xantinqton-Uaytli deyir ki: “Uşaqlıqda anam həmişə mənə deyirdi ki, həyat özü sənə imkanlar vermir və sən bir yerdə oturarkən insanlar hər şeyi hazır nəlbəkidə sənə gətirməyəcəklər. Həyatın bizə verdiyi imkanlardan yapışıb ondan 100 faiz istifadə etmək lazımdır”.xanim
  • Şəxsiyyətinizi inkişaf etdirin. Özünüzdən başqa heç kimlə yarışmayın.
  • Sızıldayıb taledən şikayət etməyın. Sadəcə lazım olanı edin. Madonna söyləyir ki: “Mənim həyatımda çox qorxunc və xoşagəlməz hadisələr olub. Amma mən istəmirəm ki, mənə kiminsə yazığı gəlsin”.
  • Həmişə yeni nailiyyətlərə və gözlənilməz görüşlərə hazır olun və daim xarici görünüşünüzə diqqət edin.gozel-xanim
loading...
Şərh yaz