Mükəmməl ayaqlara sahib olmaq əlinizdədir

loading...

Yaz mövsümü bəzi qadınlar üçün bikini – ətək mövsümü ikən bəzi qadınlar üçün kabusdur. Ayaqlarınız nahamar və selülitli bir görünüşə sahibsə birazca da qalınsa və yaz mövsümü sizin üçün başlı başına bir problemsə, qorxmayın! Qıçlarınızın baxımı və gözəlliyi üçün bir neçə maska tərifi verəcəyəm. Nizamlı tətbiq etdiyiniz təqdirdə işinizə yarayacaq.

Bu vaxt xanımlar bol-bol xiyar yeyin. Əlaqəsiz gələ bilər amma xiyar çox su təşkil edər və bədəndəki toksinləri atmağınıza köməkçi olar. Qıçlarınızdakı və bədəninizdəki şişliklərdən xilas olmanızı təmin edər. Dəri gözəlliyi üçün çox əhəmiyyətli bir tərəvəzdir.

Badam yağı möcüzəsi

Badam yağının qıçlar üzərində möcüzəvi təsiri vardır. Əvvəlcə gün boyu yorulmuş olan ayaqlarınızın ağrılarına badam yağı yaxşı gələcəkdir. Eyni zamanda dərinizi nəmləndirərək, qurumasının qarşısını alacaq. Hər duşdan sonra əlinizə bir miqdar yağı alın və ayaqlarnıza gözəlcə masaj edin. Nizamlı etdiyiniz zaman fərqi görəcəksiniz.

Alma sirkəsi möcüzəsi

Ayaqlarınız damar varisli görünüşə sahibdir? Alma sirkəsini köməyinizə çatacaq. Bezi alma sirkəsi ilə tamam isladın. Ayaqlarınızdakı varisli yerləri bu bez ilə sarın. Oyandıqdan sonra isti bir duş qəbul edin Zamanla varislərinizin azaldığına şahid olacaqsınız.

Selülitlərə qarşı fırça!

Selülit hamımızın baş bəlasıdır. Sərt tüklü bir fırça alın. Bununla qıçlarınızı hər gün duşda fırçalayın. Xüsusilə selülitli bölgələri daha çox fırçalayın. Bu əməliyyatı aşağıdan yuxarıya doğru etməlisiniz. Beləcə qıçlarınızdakı qan dövranı sürətlənər və selülitlər azalar.

Əyriliklərə Son!

Epilyasiyadan sonra qıçlarınızdakı məsaməli görünüşdən əminəm nifrət edirsiniz. Bunun üçün iki həll təklif edəcəyəm. Birincisi limon suyu + duz qarışığını hər epilyasiyadan sonra qıçlarınıza sürtməyiniz. Bir az canınız yanacaq amma nizamlı etdiyiniz zaman qıçlarınız hamar bir görünüşə qovuşacaq. Eyni zamanda tüklərinizin də azalmasını təmin edəcək. İkinci üsul isə karbonatlı su. İlıq suyun içərisinə bir miqdar karbonat qoyun və bu su ilə qıçlarınızı masaj edin. Əvəz edilməz bir üsuldur.

loading...
SHARE
Şərh yaz