Münasibətlərin gətirdiyi dəyişikliklər

  • Səhərlər həyat yoldaşlarını öpüb oxşayan kişilər, öpməyənlərdən 5 il daha çox yaşayır.
  • Tanıdığımız ən qədim sevgi haqqında musiqi 4 min il bundan əvvəl yazılıb.
  • Feminist qadınlar həmcinslərindən daha romantik əlaqələr yaşayır.
  • İnsanların üçdə ikisi yeni tanış olduqlarından çox, bir müddət əvvəl tanıdıqları insanlara aşiq olduqlarını söyləyir.
  • Aşiq olmaq bədəndə və zehində sakitləşdirmək gücünə malikdir. Bu da bir il boyunca sinir inkişafını yüksəldir, beləcə sevən insanın yaddaşı daha inkişaf edir.
  • Sevgi eyni zamanda dərin bir qorxunun yaradacağı stressə də səbəb ola bilir. Demək olar ki, eyni psixoloji reaksiyalar yaşanır: gözbəbəkləri böyüyür, ovuclar tərləyir və ürək atışları daha da sürətlənir.
  • Koreyada mobil telefon operatoru olan KTF-nin verdiyi ‘sevgi kontrolu” adlı xidmət, bir aşiqin dürüst və ehtirasla danışıb danışmadığını analiz edən texnologiya istifadə edir. İstifadəçilər daha sonra dialoqun analizini qısa SMS şəklində alır.
  • Qadınların 11 faizi tanış olduqları bir kişi haqqında internetdə araşdırma edir, kişilərdə də isə bu faiz cəmi 7 faizdir.
  • Cütlüklərin xarakteri zamanla bir-birinə daha çox bənzəyir.
  • Qadınların 43 faizi özləri tam hazır olmadıqda partnyorlarının evlilik barədə düşünməsini istəmir.
  • Riyaziyyat nəzəriyyəsinə əsasən, uzun müddətli münasibət quracağımız insanı seçməzdən öncə bir neçə nəfərlə əlaqə yaradılmalıdır. Bu əsil sevgini tapmaq üçün ən yaxşı variantdır.
  • Ofis sevgilərinin də yaranması üçün daha çox səbəb var. Dostluq, rahatlıq və səmimiyyət… sonra da romantika
  • Hər 5 uzun davamlı əlaqələrdən biri cütlükdən biri, yaxud da hər ikisi başqa biriylə münasibətdə olan zaman başlamış olur.
  • Romantik bir əlaqə hər iki tərəfi çox xoşbəxt edir. Bağlılıq nə qədər güclü olarsa, xoşbəxtlik də bir o qədər böyük olar.
Şərh et