Nə qədər yaraşır insana gülmək

loading...

Əgər insan gülərkən başını arxaya əyir ağzını geniş açırsa deməli o həyatdan zövq alan, həyatı sevən biridir. Bu insanlar küsəyən olmur. Başqalarını da gülüşləri ilə güldürə bilən pozitiv və lider insanlardır.

Əgər həmsöhbətiniz gülərkən emosional şəkildə masaya və ya dizlərinə əllərini möhkəm vurursa  deməli o bununla başqalarının diqqətini cəlb etmək istəyir. Bu insanlar bayram şənliklərini, qalmaqalları sevən olurlar. Mənfi cəhətləri isə xəsis, eqoist və qeyri-səmimi olmalarıdır.

İçində gülən adamlar özlərini idarə edə bilənlərdir. Özlərindən əmin olan bu şəxslər etibarlı və məqsədyönlüdürlər.

Dodaqucu gülənlər hiyləgər, küsəyən olur. Şəxsi həyatlarını qurmaqda çətinlik çəkirlər, çünki insanlara qarşı çox  tələbkar olurlar.

Sakit gülümsəyən kəslər səmimi, düzgün, adamı heç vaxt darda qoymayan adamlardır. Qarşı cinsin nümayəndələri tərəfindən çox bəyənilirlər.

Qadınların gülüşü

Romantik qadınlar gülərkən  əllərini saçlarına toxundururlar. Belə qadınların fikirləri dağınıq olur. Düşünülməmiş hərəkətlər edib sonradan peşiman olurlar.

Gülərkən başını yana əyən qadınlar tənqid etməyi sevən olurlar. Flirtə açıq olan  bu qadınlar yüngülbeyin görünsələrdə hər addımlarını ölçüb biçirlər.

Ürəkdən gülən qadınlar temperamentli və özlərindən razı olurlar. Bu qadınlar tənqiddən çəkinmir, hər kəsin cavabını verə bilirlər. Yaxşı rəfiqə və ağıllı məsləhətçi olurlar.

Gülərkən burnunu qırışdıran qadınlar özlərini idarə edə bilən qadınlar olur, özlərinə qarşı diqqət və hörmət  tələb edirlər.

Gülərkən ağzını ovucu ilə örtən qadınlar iradəli, özündən qeyri-əmin,  özlərini analiz edən və emosialarını gizlədən olurlar. Yaxşı həyat yoldaşı olaraq, özlərini qurban edən kəslərdir.

Kişilərin gülüşü

Kişilər başını arxaya əyərək, gözlərini qıyaraq möhkəm gülürsə qadınlara qarşı yüngül münaibət bəsləyir deməkdir. Bu kişilərlə münasibət qurmaq asan ,maraqlı, lakin qısamüddətlidir.

Gülüşünü saxlayan kişilər etibarlı, işgüzar, həyat yoldaşlarına qarşı vəfalıdırlar. Çox zaman darıxdırıcı olurlar.

Ağzını geniş açaraq yüksək səslə gülən kişilər yüksək intelektə malik olmasalar da, qadınlarının arxasında dağ kimi duran ədalətli şəxslərdir.

İstehza ilə gülən kişilər – qəddar, eqoist, yalançıdırlar. İnsanları ələ ala və onlardan suistifadə etməyi  bacarırlar.

Şərh yaz