Nə üçün kişilər ağıllı qadınları sevmirlər?

loading...

Əziz qadınlar bu gün sizinlə qadın və kişi münasibətlərindən bəhs etmək istəyirəm. Daha doğrusu bu münasibətlərin detallarından.

Qadınlar kişilərdən nə ilə fərqlənirlər?

Mənim fikrimcə bu suala ən məntiqli cavab ; düşüncə tərzləri ilə olar.  Problem ondadır ki qadinlar hər hansı bir detala birbaşa deyil dolayısı yolla yanaşırlar. Bunu  sadə bir misal üzərində izah edim.  Məsələn əgər qadın kişini yanında görmək istəyirsə, ona sadəcə bunu deməsi  kifayətdir. Qadın isə öz qürurunu üstün tutaraq bu addımı əks tərəfdən gözləyir. Düzdür mən həmişə “qadın qüruru”nun tərəfində olmuşam. Amma bilirsiniz mi, kişinin düşüncə mexanizmi çox primitivdir. Ona görə münasibətləri  çətin yola sürükləməyin heç bir mənası yoxdur. Digər tərəfdən də hisslərimizi dilə gətirmək qəbahət deyil axı. Müəyyən sərhədlər çərçivəsində biz də ürəyimizin səsinə qulaq asa bilərik. Amma həddi aşmamaq şərti ilə. Məncə nəyi nəzərdə tutduğumu anladınız.

İndi isə sizinlə sosial şəbəkələrin birində keçirdiyim sorğunun nəticələri ilə tanış etmək istəyirəm. Məlumdur ki, qadınların bir sira xüsusiyyətləri kişilər tərəfindən birtərəfli qarşılanmır. Kişilərə ünvanladığım “Nə üçün kişilər ağıllı qadınları sevmirlər?” sualına cavablar müxtəlif oldu. Bunlardan ən maraqlılarını qısa şəkildə sizinlə bölüşmək istəyirəm. Təbii ki, sorğu iştirakçılarının istəyini nəzərə alıb,  anonimliyi qorumaq şərti ilə.

Beləliklə, “Nə üçün kişilər ağıllı qadınları sevmirlər?”
  • Ağıllı qadın məlum olmayan subyektdir. Biz kişilər naməlumluluğu sevmirik.
  • Əslində kişilər özlərini ağıllı göstərən qadınları sevmirlər. Sadə və səmimi olmaq həmişə istənilən keyfiyyətdir.
  • Çünki ağıllı qadın təhlükəli qadın deməkdir.
  • Ağıllı qadın kişinin sərbəstliyini əlindən alar. Bizim yalan danışmaq kimi xüsusiyyətimiz var. Ağıllı qadınla isə bunu edə bilmərik.
  • Məncə tam əksinədir. Mən ağıllı qadınlardan deyil axmaq qadınlardan qorxuram. Çünki ağıllı qadının nə cür hərəkət edəcəyini təxmin etmək mümkündür. Axmaq qadın isə öz hərəkətləri ilə daim “baş ağrısı”na çevrilir.
Müqayisə üçün eyni sualla qadınlara da müraciət etdim və nəticə;
  • Çünki kişilər qadınların onlardan üstün olmalarını istəmirlər.
  • Ya kişilər qadınların yanında axmaq kimi görünməkdən qorxurlar,  ya da onlar sadəcə eqoistdirlər.
  • Əgər qadın ağıllıdırsa, demək həm də işlərində müvəffəqiyyətlidir. Bu amil isə kişiləri qıcıqlandırır.
  • Ağıllı qadın sərbəst qadın deməkdir və öz qərarlarını özü qəbul edəcək iqtidarındadır. Kişilərə isə bu sərf etmir.

Gördüyünüz kimi fikirlər müxtəlifdir. Mən isə bu individual yanaşmaları şərh etmək fikrində deyiləm.  Sadəcə sonda öz fikrimi də bildirmək istəyirəm. Ağıllı olmaq qadını bir az da zəngin göstərən keyfiyyətdir. Amma dediyim kimi keyfiyyət olmaq etibarı ilə. Yəni bu prioritet bizə daim yol göstərə biləcək və daim yüksəkdə tuta biləcək xüsusiyyətdir. O ki qaldı kişilərin ağıllı qadınlara mənfi münasibətinə, deyə bilərəm ki, özünə hörmət edən hər bir kişi başa düşür ki, içi  boş olan xarici görünüş müəyyən bir vaxtdan sonra solur və həmin insanla sizi bağlayan heç bir düyün qalmır.

Vaxt keçdikcə insan bezməyə başlayır və kişi üçün əsl problemlər elə bundan sonra başlayır. Mənim fikrimcə ağıllı qadınlardan ancaq axmaq kişilər qorxur. Bu qədər. Diqqətiniz üçün təşəkkürlər. Həmişə sevilən tərəf olun.

loading...
Şərh yaz