Nikahsız Strukturlar

loading...

Sosioloji

Bu struktur (qurum) ən vaciblərindəndir. O dördillik dövrə malikdir və şərq ulduz falının 12 bürcünü üç dördlükdə qruplaşdırır. Bu dördlüklərin daxilində işarə illəri sosial istiqamətində fərq yoxdur.

Siçan, Pişik, At, Xoruz ilində doğulan kişilər və qadınlar açıq işarə illərinin dördlüyünü təşkil edir.

Dünya üçün açıq cəmiyyətə yönəlmiş olan bu insanlar maksimal olaraq geniş kütləni, hadisələri əhatə etməyə can atırlar. Onlar dünyada rəngarənglik axtarırlar. Naturanın genişliyi qəlbin açıqlığı, hər xasiyyət kimi, həm müsbət həm də mənfiyə dəyişə bilər. Yaxşı mənada bunlar hamı tərəfdən sevilən xalqın müdafiəçiləri, tamahsız, duz-çörək adamlardır. Pis mənada isə boğaza yığan, boş boğaz, təngə gətirən bərabərçilik tərəfdarlarıdır. Onlar ailə həyatında ətraf ilə kontaktları mühafizə etməyə cəhd edəcəklər. Onlar üçün ailə bu cəmiyyətin özəyi, ətraf mühitlə görüş yeridir.

Meymun, Qaban, Pələng, (ilan ilində doğulmuş kişilər və qadınlar bağlı işarəli illərin dördlüyünü təşkil edirlər.

Öz daxilinə müraciət edərək onlar hər şeyin mahiyyətinə varmaq daxili aləmini dərk etmək istəyirlər, onlar üçün öz şəxsiyyətlərindən və onun təzahüründən daha maraqlı bir şey yoxdur. Öz şəxsiyyətlərini qiymətləndirərək, onlar başqalarının hüquqlarına hörmət edirlər.

Onlarda özfəaliyyət, aristokratlıq, estetlik, ezoterizm və hətta əxlaqsızlıq da müsbət və mənfilərə malikdir. Yaxşı mənada onlar dərin şəxsiyyətlər, insan hüquqları uğrunda mübarizlər, sözün əsl mənasında intellektdirlər. Pis mənada isə özünü sevən, eqoist mizantropdurlar.

Ailə həyatında onlar rahatlıq və firavanlıq adası yaratmağa can atırlar. Onlar üçün ailə cəmiyyətdən zəhlətökənlikdən asanlıqla uzaqlaşmaq üçün yerdir, burada heç kəs insan şəxsiyyətinə toxuna bilməz. Əjdaha, Keçi, İt, Öküz ilində doğulan kişilər və qadınlar ortodoksal ailə işarə illərin dördlüyünü təşkil edirlər. Onlarda doğulduğu ilə görə nikaha, onun qanunlarını dərk etməyə cəhdin təməli qoyulmuşdur.

Ortodokslar hər şeyin dərinliklərinə baş vurmaq çatmaq istəmirlər. Onların arzusu hər hansısa bir əraziyə qısınmaq onu stabilləşdirmək və bu ərazinin toxunulmazlığının qorumaqdır. Onlar hər şeydə daimiliyin, hər bir sualda aydınlığın tərəfdarıdırlar. Bunlar öz inam-larında ən inadkar sarsılmaz, mətin insanlardır. Yaxşı mənada sadiq, sədaqətli dostlar, öz bağlılıq-larında daimidirlər. Pis mənada şıltaq, zəhlətökən və çox quru insanlardır. Ailə üçün bu ən yararlı bürclərdir. Hətta Keçi və Əjdaha kimi seksual qadın bürcləri bu keyfiyyətin sayəsində ailəyə yönəlmişlər.

Psixoloji (Qurumlar)

Şərq ulduz falı bürclərinin enerjililiyinə görə ən zəifidir. Bu o deməkdir ki, ailə vəziyyətlərinin çoxluğunda o işləmir, sanki yatır. Amma buna baxmayaraq onu yaddan çıxarmaq olmaz ki, xüsusən insanlar arasında uzunmüddətli və sıx kontakt zamanı o özünü bütün səsi ilə biruzə verə bilər.

Öz quruluşuna görə o nikah strukturunu xatırladır, ondan ötrü ki, şərq ulduz falının 12 işarəli illərini dörd üçlüyə bölür. Bəzən bu strukturu məhrəmli adlandırırlar, halbuki, insanda xüsusiyyətləri müəyyən edərkən o onları qabartmır, əksinə gizlədir. Bu mənada onun realizəsi əksər halda əsasa əks olan, xüsusiyyəti müəyyən edən romantik yolla gedir.

Qaban, Siçan, Öküz ilində doğulan kişilər və ya qadınlar insafsız, amansız üçlüyü təşkil edirlər.

Bu insanlar özlərinə yazığı gəlmədən işləyir, amma özgələrinə də aman vermirlər. Bu aşağı hissiyatla bağlı olan təmiz fizioloji xarakteristikadır və buna görə də ailə həyatında onlardan zəriflik və kiminsə dərdinə şərik olmaq, şəfqət gözləmək çətindir.

Bu insanlar əksər halda sentimentaldırlar, öz göz yaşlarını gizlədə bilmirlər, amma nə zaman ki, qərar qəbul etmək lazımdır hissə qapılmırlar, onları rəhmdilliyə sövq etmək mümkün deyil.

İlan, At, Keçi ilində doğulan kişilər və qadınlar rəhmdil, mərhəmətli işarə illərinin təşkil edirlər.

Onlar humanistdirlər, amma mütləq yadda saxlamaq lazımdır ki, ilk növbədə, bu humanizmi onlar özlərinə şamil edir, sonra isə qalanlara.

Təmiz fizioloji planda demək olar ki, bunlar olduqca demək olar ki, həssas insanlardır. Çox vaxt öz göz yaşlarından utanırlar və dəmir insanlar kimi görünmək istəyirlər amma inanmayın, onları asanlıqla rəhmə gətirmək olar.

Meymun, Xoruz, İt ilində doğulan kişilər və qadınlar torpaq işarə illərini təşkil edirlər.

Əvvəlki iki psixoloji tiplərdən fərqli olaraq haradakı əsas maraq insan idi, növbəti iki psixoloji tip predmet və hərəkət sferasında realizə olunur. Torpaq adamlarını, əgər sözün dar mənasında istifadə etsək, materialistlər adlandırmaq olar. Onlar fəaliyyəti və fəaliyyətsizlik problemini birincilərin xeyrinə həll edirlər.

Bəzən onlar özlərini bacarıqsız, xülyaçı göstərmək istəyirlər, amma faktiki olaraq hər bir peşədə, sənətdə zirvələri fəth edə bilər, hər hansı işi mənimsəyə bilərlər. Bu xüsusiyyətlərin ailə həyatında vacib əlamət olduğunu deməyə ehtiyac yoxdur.  Onların hiss etmək fiziologiyası hər şeyə toxunmaq dadmaq, əl vurmaqdır.

Pələng, Pişik, Əjdaha ilində doğulan kişi və qadınlar fəaliyyətsizlik üçlüyünü təşkil edirlər. Bunlar yüksəliş işarəli illərdir.

Öz arzularını reallıq kimi başa düşən xəyalpərəstlər, sözləri, düşüncələri ilə maddi təsir göstərməyə qadirdirlər. Bəzən onlar özlərini fəaliyyətli, bacarıqlı göstərmək istəyirlər, amma bir qayda olaraq bu yalandır, uydurmadır, halbuki, bundan ötrü nəhəng mənəvi güc tələb olunur. İstirahət, yuxu onların imtiyazıdır.

Mötəbərlik, hər şeydən iylənmək, estetik, həqiqi üslub. Onları səssiz yerişinə və hətta utancaqsızlığına görə tanımaq çətin deyil. Ailə sferasında onlardan başqalarına nisbətən daha asanlıqla xanəşin etmək olar. Fizioloji olaraq onları kontaktsız tip kimi müəyyən etmək olar, onlara predmentin mahiyyətini başa düşmək üçün heç bir şeyə toxunmaq lazım deyil.

Vektor Dairəsi

Nikah üçün vektor dairəsinin strukturu olduqca vacibdir. Ona ayrıca 2-ci kitabda hissə həsr olunacaqdır. Energetikasına görə bu struktur ən güclüdür və bürclər arasında deyil, 12 cüt bürclərin qarşılıqlı təsiri arasında bərabərlik qoyur. Hər bir bu cür cütlükdə sahib və nökər vardır. Bu cütlükləri göstərək. Sahib birinci, nökər isə ikinci yerdə.

Siçan-At, At-Qaban, Qaban-Əjdaha, Əjdaha-Pişik, Pişik-Xoruz, Xoruz-İt, İt-Öküz, Öküz-Pələng, Pələng-Keçi, Keçi-İlan, İlan-Meymun, Meymun-Siçan.

Yaş Uyğunluqları Strukturu

  • Ailə həyatı üçün ideal vaxt 32-42 yaşdır;
  • Bütün qadınlar doğum ilindən asılı olmayaraq 17-32 yaşında seksualdır;
  •  Uşaqlar üçün ailə 12 yaşına qədər həyatda əsas aftoritetdir.
loading...
Şərh yaz