loading...

Azərbaycan bazarına çıxarılan və Novruz bayramında süfrələrin bəzəyi olan quru meyvələrin idxal qiyməti hər kəsi təəccübləndirəcək. Belə ki, Bakı bazarlarında bir kiloqramı 10-25 manata olan quru meyvələr xaricdən qəpik-quruşa alınır.

Bu barədə virtualaz.org-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.

V.Məhərrəmovun sözlərinə görə, quru meyvələrin qiyməti ilə bağlı araşdırma aparıb. Bəlli olub ki, bir kiloqramı 0,49-1 dollara alınan məhsullar bazara dəfələrlə baha çıxarılır.

Ekspert siyahını da təqdim edib:

1 kiloqram malın idxal dəyəri ( ABŞ dolları ilə)

Qabığı təmizlənmiş badam – 0,49

Banan təzə, qurudulmuş – 0,92

Qabığı təmizlənmiş qoz – 0,97

Qurudulmuş qara gavalı – 0,45

Qurudulmuş üzüm – 0,52

Qurudulmuş ərik – 0,50

Qabıqlı badam – 0,55

Keşyu fındığı – 0,46

Təzə heyva – 0,31

Hind qozu – 0,61

Şabalıd – 0,49

Püstə – 0,99

Ekspert qeyd edib ki, çərşənbələrdə və Novruz bayramında ən çox aldığınız malların idxal qiymətləri Dövlət Statistika Komitəsinin təqdim etdiyi malların idxalı və ixracına dair göstəricilərdə də yer alıb.

Şərh yaz