Oğlan və qız uşaqları arasındakı 5 əsas fərq

loading...

Oğlanlar daha tez xəstələnir

Körpəlikdən etibarən oğlan uşaqları qızlara nisbətən xəstəliklərə qarşı daha az dayanıqlı olur. Zaman keçdikcə də bu vəziyyət dəyişmir. Oğlanlar qızlara nisbətən daha tez xəstəliklərə tutulur.

Qızlar daha tez danışır

Yeni doğulan qızlar, oğlanlara nisbətlə daha sosial və daha çox ünsiyyətcil olurlar.

Oğlanlar daha dəcəl olur

Oğlanlar qızlara nisbətən daha dəcəl olur. Mütəxəssislər bunu oğlan uşaqlarının daha çox aqressiv və dinamik oyunlara meyilli olması ilə izah edirlər. Qız uşaqları isə daha çox təxəyyülə istiqamətli oyunlara istiqamətlənirlər, ona görə də daha sakit və mülayim olurlar.

Qızlar daha müstəqildir

Qız uşaqlarının anaları tərəfindən daha çox öyrədilməsi bu vəziyyəti yaradan əsas səbəblərdəndir. Valideyinlər oğlan uşaqlarına qarşı daha dözümlü və qayğıkeş olurlar. Amma qızlara hər şeyi daha tez öyrətmək istəyirlər. Nəticədə 2 yaşınadək qız uşaqları danışıq, yemək, özünü idarə etmək kimi vərdişlərə daha tez yiyələnirlər.

İlk reaksiyaları fərqlidir

Həyatlarının ilk həftələrində qız uşaqları oğlanlara nisbətən 2 dəfə daha artıq gülümsəyir və ağlayırlar. Bu da qızların uşaq vaxtından daha emosional olduğuna dəlalət edir.

loading...
Şərh yaz