Onu bağışlamaq olarmı?

loading...

Həyat yoldaşımla necə barışım? Bu sualla istənilən qadın rastlaşır. Boş səbəbdən yaranan incikliyi aradan qaldırmaq daha asandır. Lakin mübahisə mövzusu ciddidirsə barışmaq, xüsusilə birinci addımı atmaq olduqca çətin olur.

Mübahisə zamanı hər iki tərəf haqlı olduğunu sübut etmək üçün kobud sözlərdən, yüksək səs tonundan istifadə edir, sonda isə birinci addım atmaqdan çəkinir. Lakin sübut olunub ki, kişilərdə refleksiya daha zəif olduğundan mübahisələrdən qadınlar daha çox əzab çəkir. Buna görə ocağın qoruyucusu olan xanımlar çox vaxt birinci addım atmalı olurlar. Lakin haqsız vəziyyətə düşmədən barışığa ilk addımı necə atmaq lazımdır?

Heç bir söz demədən həyat yoldaşınız üçün mum işığında gözəl şam yeməyi hazırlaya bilərsiniz. Yoldaşınıza heç bir söz demədən evinizə ümumi dostlarınızı dəvət edə bilərsiniz. Söhbət zamanı ona müraciət edərək barışığa addım atmaq daha asan olar.

Psixoloqların fikrinə görə bir-birini itirmək qorxusu barışıq prosesini ehtiraslı və yadda qalan edir. Çox vaxt belə barışıqlar nəticəsində dünyaya yeni körpə gəlir.

Lakin bəzən elə hallar olur ki, qadın heç cür barışığa gedə bilmir. Buna səbəb xəyanət ola bilər. Bu halda yoldaşınızla ciddi söhbət etməlisiniz, çünki bir damın altında küsülü yaşamaq insan psixologiyasına ciddi zərbə vurur.

Asılılıq, narkomaniya, sərxoşluq və ya qumarbazlıq çox vaxt psixoloqa müraciət tələb edir. Bu halda özünü idarə edə bilməyən həyat yoldaşınızla ciddi söhbət aparmaq problemi həll etməyəcək.

Səbəb yalan danışmaqdırsa bunun da səbəbləri fərqli ola bilər. Məsələn, yoldaşınız gəliri ailədən gizlədirsə səbəbini aydınlaşdırmağa çalışın. Bu sizin üçün səyahət sürpsizinə hazırlıq üçün atılmış addım ola bilər. Siz isə boş yerdən qalmaqal çıxara bilərsiniz. Buna görə mübahisə etmədən öncə səbəbləri analiz edin, axı biz qadınlar, ailəni və ocağımızı qorumaq üçün yaranmışıq.

loading...
Şərh yaz