Oqtay ustanın toyuq şinitzeli

toyuq şinitzel
loading...

Avropa restoranlarında bəyənərək yediyimiz şinitzeli evimizdə eyni metodla bişirə bilərik. Bu tərifin sirri ətləri südlü, sodalı qarışıqda 1 saat saxlamaqdır.

Mən bu tərifi Oqtay Ustadan öyrəndim və çox bəyənərək bişirdim. Sizin də bəyənəcəyinizdən əminəm.

4 nəfərlik Bişmə müddəti 20-25 dəqiqə

İçindəkilər:
  • 1 toyuğun döş əti 1 çay bardağı süd yarım çay bardağı soda
  • duz, qara bibər un
  • qaleta unu qarnir üçün:
  • gül kələmi
Hazırlanması:

Toyuq döş əti ətini incə-incə vərəq şəklində kəsin.

Bir qabda südü, sodanı, duzu, qara bibəri qarışdırıb ətləri içinə yatırıb ən az 1 saat kənarda saxlayın. Daha sonra ətləri bu sousdan çıxardıb əvvəl una daha sonra yumurtaya, daha sonra da qaleta ununa batırıb qaynar yağda qızardın.

Yağ çox qaynar olmalıdır. Gül kələmini təmizləyib suda qaynadaraq bişirin. Qızardılmış şinitzeli servis tabağına alın. Yanına gül kələmini yerləşdirib servis edin.

loading...
SHARE
Şərh yaz