Örpəklərlə dəbli saç düzümləri

loading...

İpəkdən olan yüngül örpək yayın mükəmməl aksessuardır. O həm istidən müdafiə edəcək, həm də istənilən obraza müxtəliflik əlavə edəcək. Örpəklərlə dəbli saç düzümləri ilk göründüyündən daha çoxdur. Sizə örpəklə edilən bir neçə saç düzümünü təqdim edirik.

  1. “Hippi” sarğısıhippi

Azad və aşiq hippi qız obrazı, dizaynerləri döşəməyə qədər uzun sarafanlar, yastı daban səndəllər, saçaqlı və naxışlı tikişi olan çantalar yaratmağa ilhamlandırıb. Müasir “hippinin” geyiminə mükəmməl əlavə isə açıq, azca dağıdılmış saçların üstündən bağlanmış örpəkdir.

  1. “Pin-up” modelPin-up

Bant formasında bağlanmış rəngli örpək 40-cı illərin amerika pin-up posterlərinin stilidir. Parlaq naxışlı ipək və ya pambıq şərf saçlara elə bağlanır ki, üzü açaraq və ya mükəmməl teli göstərərək alının yuxarı xətti üzrə saç düzümünü çərçivəyə salır. Şərfin sonlarını bant formasında bağlamaq olar.

  1. ÇalmaÇalma

Afrika ehtiraslarını sadəcə bir aksessuarın köməyi ilə təkrarlamaq mümkündür. Bunun üçün sadəcə qara dərili qadınlar istifadə etdiyi kimi örpəyi çalma formasında bağlamaq kifayətdir. Yeri gəlmişkən, yüngül çalma — yalnız cəsarətli üslub deyil, bu həm də saçları isti günəş şüalarından gizlətmək üçün əla üsuldur.

  1. Lentlərlə hörüklərLentlərlə hörüklər

Əgər sizin saçlarınız uzundursa, bu zaman onları parlaq örpəyin köməyi ilə “canlandırmağa” cəhd edin. Bunun üçün örpəyi nazik lent formasında qatlayıb hörükdə istifadə edin.

  1. “Nənənin” örpəyi"Nənənin" örpəyi

Rus xalq nağıllarında nənələrin bağladığı kimi bağlanmış çarşablar müasir xanımların seçiminə çevrilir.

Sizə 60-cı illərin ən məşhur saç düzümündən istifadə edərkən onun əsas elementindən istifadə etməyi təklif edirik: saçları azca qaldıran və üzü açan örpək. Bu romantik görüş üçün də ideal saç düzümü ola bilər.

  1. Hörüklü topuzlarHörüklü topuzlar

Yayın istisində topuz saç düzümlərinin ən universal variantdır ki, onları parlaq aksessuarın köməyi ilə çox maraqlı etmək olar. Bunun üçün sadəcə örpəyi topuzun ətrafına bağlamaq lazımdır.

Alını azca örtən və açıq saçları bağlayan bandana — bir anda ehtiraslı qaraçıya, pirata və ya nəfis xanıma çevrilmək üçün ən asan variantdır. Burada sadəcə düzgün naxış seçimi önəmlidir.

  1. Örpəklə “at quyruğu” saç düzümüÖrpəklə "at quyruğu" saç düzümü

“At quyruğuna” yığılmış saçlar idman, gəzinti və ya ofis üçün universal saç düzümüdür. Saç düzümünü maraqlı etmək üçün saçları bərkidən rezinin üstündən parlaq örpək bağlamaq kifayət edir.

  1. ÇarşabÇarşab

Çənənin altından bağlanmış kiçik çarşab gündəlik obraza yüngül “qığılcım” verməyin əla üsuludur. Bu aksessuardan dizaynerlər də istifadə edir.

loading...
Şərh yaz