Oruc tutmağı asanlaşdıracaq tövsiyyələr

Müəllif:
ramazan

Xanım.net Ramazan ayının gəlişi münasibətilə oruc tutmağı asanlaşdıracaq tövsiyyələri təqdim edir. Bu tövsiyyələrə əməl edərək, Ramazan ayını daha sağlam və asan keçirə bilərsiniz.
İmsaq

İmsaqda mümkün olduqca qızartma yeməklərdən uzaq durun. Qızarmış yeməklər sizi tox tutmaq yerinə, qan şəkərinizin sürətli enib çıxmasına səbəb olacağından, erkən acımanıza səbəb olar.

Qida bölgüsü

Qida bölgüsündə mütləq zülalla birlikdə tərəvəzlərə də yer verilməsi lazımdır. İftarda qızartma və qovurma şəklində zərərli bişirmə üsullarına məruz qalmamış ət, toyuq və ya balıq ilə birlikdə zeytun yağlı bir tərəvəz yeməyi qəbul edilməlidir.

Salatlar

Bol miqdarda tərəvəz qəbul edilməsi də insanı tox tutur.

Səhər yeməyi

Səhər imsaqda 1 stəkan az yağlı süd və bir boşqab meyvə qəbulu çox faydalıdır.

İftar

İftar saatında su içilərək açılan orucla birlikdə 1-2 ədəd xurma yedikdən sonra 1 kasa şorba qəbulu faydalıdır.