Ötən ilin son gecəsi

loading...

İnsanlar müxtəlif olsalar da, Yeni ili hamı, demək olar, eyni cür qarşılayır: küknar ağacı, Şaxta Baba, Qar Qız, bay ram mövzulu film ilə musiqilərsiz Yeni ili təsəvvür etmirik.

“Песенка Про 5 Минут” – Lyudmila Qurçenko

“Karnaval gecəsi” filmində ifa etdiyi bu mahnı Lyudmila Qurçenkoya, sözün əsl mənasında, böyük şöhrət gətirdi. Mahnı Yeni ilin vazkeçilməzlərindən biri sayılır.

“Happy New Year” – Abba

Mahnının mətnində bayram motivləri, demək olar ki, yoxdur. Amma buna baxmayaraq, Yeni il ərəfəsində ən çox səslənən mahnılardan biridir.

“Last Christmas” – George Michael

Gözəl səs, əhval-ruhiyyəyə uyğun sözlər və əla musiqi – bunların birləşməsindən “Last Christmas” yarandı. George Michael da bizimlə olsa, pis olmaz.

“Letit Snow” – Frank Sinatra

Bilirsinizmi? Bu mahnı 1945-ci ilin iyun ayında Hollivudda yazlıb və Kaliforniyanın isti günlərinin birində lentə alınıb.

“Jingle Bells”– Əvvəllər “One Horse Open Sleiglı” adı ilə tanınırdı. Bütün dünyada sevilən mahnılardan biridir.

“Happy Christmas (So Thisis Christmas)”

İllərlə bayram ərəfəsində dinlənilən mahnılardan daha biri. Mahnı ilk dəfə Jolın Lennonun ifasında səslənib. Bu mahnını dinləyərkən nostalji hissləri yaşamamaq qeyri-mümkündür.

“Christmas Lights” – Coldplay

Bayram yaxınlaşanda hər bir müğənni öz dinləyicilərini yeni mahnılarla sevindirməyə hazırlaşır. Bu da Coldplay

qrupunun Yeni il töhfəsi. Bayram axşamlarında isti sobanın kənarında oturub, qəhvə dolu fincanı əllərinlə sanki qucaqlamaq və Coldplay-in ifasında bu gözəl və həzin mahnını dinləmək…

“8 Days Of Christmas” -Destiny’s Child

Amerikalı qrup Destiny’s Childın bayram əhval-ruhiyyəli bu mahnısı 2002-ci ildə ABŞ-da ən çox satılan mahnı olmuş-dur. Amerikalılar bu mahnıya belə dəyər verirlərsə, deməli, dinləməyə dəyər.

Filmlər

  • Real Məhəbbət
    Sevgi unudulmaz və əlçatmaz, gözlənilməz və izahedilməzdir. Sevgi sözün əsl mənasında hər kəsi idarə edir. Sevgi filmin qəhrəmanlarının hər birinin həyatına xaos gətirir, onların yolları bayram ərəfəsində kəsişir…
  • Ötən İlin Son Gecəsi
    Film evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunmuşdur. Uşaqlar böyüyür, hərə bir tərəfə çıxıb gedir, ana isə tək qalır. Bəlkə də buna görə uşaqlarını artıq illərdir ki, atasız böyüdən Həmidə xanım Yeni il gecəsi öztaleyi haqqında belə səmimi söhbət açır…
  • Evləri Köndələn Yar
    Xalq arasında ən çox sevilən televiziya tamaşalarından biridir. Tamaşada səslənən sitatlar insanlar arasında geniş yayılmışdır. Tamaşa həm də musiqinin unikallığı ilə diqqəti cəlb edir. Hadisələr Yeni il ərəfəsində baş verir. Elçilərin səhv ünvanlara yollanması nəticəsində hadisələr dolaşığa düşür.
  • Qəribə Təsadüf və ya Həmişə Təmizlikdə
    Əsl Yeni il komediyasıdır. Hər şey Yeni il qabağı baş verən qəribə təsadüfdən başlayır. Elə bu təsadüf də qəhrəmanların həyatını kökündən dəyişir. Filmin qəhrəmanı içkili olduğundan səhvən dostunun yerinə təyyarəyə minir və başqa şəhərə gəlir…

Aygün Mustafayeva

Şərh yaz