Payız depressiyasının səbəbləri

loading...

Artıq payız mövsümünü yaşamaqdayıq. Günəşli günləri buludlu və yağışlı günlər əvəz etməkdədir. Yayın bizə verdiyi sevinc və enerji hər bir kəsdə yavaş-yavaş azalıb, məktəblərdə və işdə yeni mövsüm başlayıb, son zamanlar isə yataqdan qalxmağa belə çətinlik çəkirik.

Günəşi az görmək, havaların sərinlənməsi bəzi insanlarda problemlər yarada bilir. Səhər yuxudan oyanmaqda çətinlik çəkmə, yataqdan qalxmaq istəməmək, gün ərzində özünü yorğun və əldən düşmüş kimi hiss etmə, enerjidə azalma, işləmək istəməmək, pessimizm, tez əsəbləşmə kimi hallar payız depressiyasının əsas əlamətləridir. Səbəbi isə insanlarda beyindəki kimyəvi maddələrin nizamında pozulmanın yaranmasıdır. Yuxu və hormonları təşkil edən bioloji saatın pozulması payız depressiyasının yaranmasına səbəb ola bilir.

Payız depressiyasında olan insanlar hava buludlu olduğu zaman çölə çıxmaq istəmir. Belə bir vəziyyətdə isə həmin insanlara dəstəyin olması zəruridir. Bura həmçinin dərman müalicəsi də daxildir.

Şərh yaz