Pomidor Şorbası

1234
loading...

İtalyan mətbəxinə aid olan pomidor şorbası son zamanların modern türk mətbəxinə də daxil olub.

Əksəriyyət restoranların menyusunda yer alan pomidor şorbasına hər aşpaz öz ləzzətini qataraq təqdim edir. Sizlərə isə mənim üsulum olan pomidor şorbasını təqdim edirəm.

6 nəfərlik Bişmə müddəti 15 dəqiqə

İçindəkilər:

  • 2 xörək qaşığı duru yağ
  • 2 xörək qaşığı un
  • 1 xörək qaşığı tomat
  • 5 ədəd qabıqları soyulmuş, sürtkəcdən keçirilmiş pomidor
  • 5 stəkan ət suyu duz

Hazırlanması:

2 xörək qaşığı duru yağ ilə 2 xörək qaşığı unu bir az qovurun. 1 xörək qaşığı tomat ilə qabıqları soyulmuş, rəndələnmiş pomidoru əlavə edərək şorbanı qarışdırmağa başlayın (Burada diqqətli olun – əgər ununuz düyürlənməyə başlasa blenderlə qarışdırın).

Daha sonra 5 stəkan soyuq ət suyunu əlavə edin (Bu şorbada ət suyu istifadəsi zövqə görə dəyişir. İstəyə bağlı olaraq şorbanıza ət suyu yerinə sadə su və ya ət suyu tableti əlavə edə bilərsiniz).

Şorbanı qalınlaşana qədər qarışdıraraq bişirin. Ən son duzunu atın. Servis etmədən öncə istəyə bağlı olaraq içinə kaşar pendiri sürtgəcdən keçirə bilərsiniz. Bu, şorbanıza əlavə dad qatacaqdır.

loading...
SHARE
Şərh yaz