Pornoulduzlar bütün stereotipləri dağıtdılar

loading...

Hesab olunur ki, pornofilmdə çəkilən insanlar yaraşıqlı xarici görkəmdən başqa heç bir şeyə malik olmayan kəslərdir. Onları hər birmiz tənha, uğursuz, spirtli içki və narkotik aludəçisi kimi tanıyırıq. The Daily Caller qazeti yazır ki, sosioloqların apardığı araşdırmaya görə pornoulduzlar özlərini olduqca xoşbəxt hesab edirlər.

Texas Qadın universitetinin və Pensilvaniya Universitetinin əməkdaşları  18-50 yaş arası 117 nəfər pornoulduzu və adi peşə sahibi olan qadınları sorğuya çəkdikdən sonra bu nəticəyə gəlmişdilər ki, pornofilmlərdə çəkilən qadınların psixoloji vəziyyəti evdar qadının və ya iş qadının vəziyyətindən heç də pis deyil, əksinə yaxşıdır. Hər iki tərəfin iş stajı 3, 5 təşkil etmişdir.

Sorğu meyarları özünə verilən qiymət, dindarlıq, şəxsi həyatda xoşbəxtlik kimi suallardan ibarət idi. Pornoulduzlar özlərindən daha əmin, daha xoşbəxt insan kimi cavablandırmışdılar sualları.

Bundan əlavə pornoulduzlar “adi qadınlara” nisbətən daha nikbin baxırlar həyata. Profesional seks uzlduzları doğmaları ilə gözəl münasibətdə olduqlarını və pornofilmlərdə çəkilməkdən zövq aldıqlarını bildirmişdilər. Statistikaya görə, pornoulduzlar öz həmyaşıdlarında daha tez cinsi həyata başlamışlar və həyatlarında başqa qadınlardan fərqli olaraq daha çox kişi ilə münasibətləri olub.

Nəticədə məlum olmuşdur ki, pornoulduzların 77% və adi işlə məşğul olan xanımların 33% öz həyatlarından razıdırlar.  Maraqlıdır ki, digər peşə sahiblərindən fərqli olaraq pornoulduzlar daha dindardılar. Lakin bununla bərabər onların narkotikə olan meyli daha güclüdür.

loading...
SHARE
Şərh yaz