Pulları cəlb edən pulqabımı necə əldə etməli?

loading...

Pulqabının Materialı

Magiyada 3 material məsləhət görülür: zamşa, təmiz dəri, təmiz parça. Hər material ayrılıqda pul kanalını açmaq xüsusiyyətinə malikdir.

Hər hansı heyvan dərisindən olan orijinal pulqabı – stabillik, əminlik simvolizə edir. Qədimdən tacirlər ən bahalı, təmiz dəridən olan böyük pulqabı alardılar. Amma müasir dövrdə süni materiallardan polietilendən olan pulqabılar insanların cibinə xeyli ziyan vurmaqdadır.

Zamşa: bir neçə mənbədən pul gəlməsini təmin edir, perspektivlər açır. Belə pulqabısı olan adam pullarını son qəpiyinə kimi xərcləməz, qənaətcil olar.

Ən uğurlu rəng: qara və qəhvəyi. Tünd rəng. pulun rəngidir, bu rəngi seçməklə pulqabının sahibi pullar aləminin qanunlarına bələd olduğunu bəyan edir.

Əgər bu rəngləri bəyənmirsizsə, daha qlamur seçim istəyirsizsə, qızılı və sarı rəngi seçin. Qızıl zənginlik, bolluq rəmzidir.

OLMAZ: göy, qırmızı, bənövşəyi və s. Belə rəngdə pulqabı seçən insan pul qazanmaq yollarını bilmədiyini, pul energetikası aləminə bələd olmadığını əyani olaraq göstərmiş olur.

Təzə pulqabının Alınması ritualı

Bu vacib prinsiplərə əməl edin ki, pulqabı təkcə pulların saxlanc yeri yox, onlar üçün cəlbedici məkan olsun.

  • Pulqabını ancaq və ancaq öz pulunuza, halal gəlirinizə almalısız.
  • Pulqabı alarkən qiymətdə endirim etmək olmaz. Minimum 40-70 manatlıq pulqabılar arasında seçim edin. Əgər imkanınız varsa, hətta 300 manatlıq da pulqabı ala bilərsiz. Çox ucuz pulqabı yoxsulluq simvoludur.
  • Onu əlinizə alın, saxlayın, diqqətlə hisslərinizə diqqət yetirin: pulqabı xoşunuza gəlirmi, onu sığallamaq sizə zövq verirmi, ona baxanda ürəyiniz açılırmı? Əgər bir balaca şübhə varsa, ürəyinizcə deyilsə, dərhal yerinə qaytarın.
  • Pullar pulqabıda rahat, səliqə ilə, əzilmədən, qatlanmadan yığılmalıdır, əzilməməli, hətta ucu belə qatlanmamalıdır. Ona görə pulqabı nə qədər geniş olsa bir o qədər yaxşıdır. Pullar geniş evi sevir.
  • Elə ki, pulqabını əldə etdiz, satıcıya pulqabının üstündə 20 qəpik əlavə pul verin, ya da pulun qalığını almayın.

Təzə pulqabiya nələr qoymalısız?

Fen-şuy qanununa riayət olunmalıdır. Pulqabına 3 Çin qəpiyini qırmızı lent və ya iplə bağlayıb qoymaq olar. Pulqabının kiçik gözünə nanə və yaşıl çay yarpağı, kiçik darçın hissəciyi də qoya bilərsiz. Çünki bu bitkilərin yarpağı və kökü pul cəlb edir.

Şərh yaz