Qab-qacağın rəngi arıqlamağa kömək edir

Arıqlamaq
loading...

Sən demə qab-qacağın rəngi iştahı azaldır və arıqlamağa kömək edir.

Məlum olub ki, sadəcə istifadə etdiyiniz qabların rəngini dəyişərək iştahı azaldıb arıqlamaq olar. Beləliklə, ağ fonda yemək kontrastlı, olduqca cazibədar göründüyünə görə iştahla və praktik olaraq bütün porsiya yeyiləcək. Bu səbəbdən ağ rəngdə qablar arıqlamağı arzu edənlər üçün məsləhət görülmür. Lakin narıncı, çəhrayı rəngdə olan qab-qacaq pəhrizdə olanlar üçün ümumiyyətlə zərərlidir, çünki bu zaman siz hər şeyi yedikdən sonra həm də əlavə istəyəcəksiniz.

Öz parametrlərinə görə sarı rəngli qablar da həmçinin iştaha səbəb olur. Ancaq sarı qabların bir böyük üstünlüyü var – hesab edilir ki, sarı rəng toxluq hissi yaradır.

Qırmızı rəngli boşqab, və ya qablardakı qırmızı rəngli naxışlar insanı həyəcanlandırır ki, bu da düzgün qidalanma üçün açıq-aydın mənfi faktdır. Hər şeydən əvvəl bu sürətli qida qəbulu ilə bağlıdır ki, nəticədə qida pis çeynənilir və həzm edilə bilmir. Bundan başqa, insanların belə vəziyyətində aclıq hissi kütləşir. Buna görə qırmızı rəngli qab-qacaqdan imtina etmək lazımdır.

Mavi rəng haqqında olan qeydlər çox maraqlıdır. O qəlyanaltı və salatlar üçün yaxşıdır, amma mavi fincanlarda təqdim edilən çay son dərəcə zərərli sayılır. Bu orqanizm üçün deyil, ailə xoşbəxtliyi üçündür. Mavi rəng özü-özlüyündə pessimistik rəng olduğu üçün, bu qablarda yemək yemək məsləhət deyil.

Qara rəngə gəldikdə isə, rəflərdə belə boşqablar olduqca effektiv görünür. Lakin qara rəng qida qəbul etmək kimi bir istək yaratmır, əksinə, qida cazibəsiz görünür. Yeri gəlmişkən, göy və yasəmən rəngləri də bizə belə təsir edirlər.
Qara və ya qəhvəyi çalarlı tünd yaşıl rəngdə (el arasında xaki adlanan bataqlıq rəngi) olan qablardan insan ümumiyyətlə yemək yemək istəmir, qida tamamilə dadsız və cazibəsiz görünür.

Əlbəttə ki, bu metodikanı sadəcə arıqlamaq üçün alternativ bir üsul kimi tətbiq etmək olar, çünki arıqlama prosesi olduqca kompleks bir prosesdir və qabların rəngindən başqa hələ bir sıra vasitələrin tətbiqini tələb edir.

loading...