Qabardan azad olmanın üsulları

qabar
loading...

Qabar – dəri qatının uzun müddətli təziq və sürtünmə nəticəsində bərkiməsinə deyilir. Birinci növbədə ayaqqabınızın altını tamamilə düz olmaması gərəkdir. Ən yaxşı seçim ayaqqabının kiçik də olsa dabanı olmasıdır.

Xalq təbabəti vasitəsi ilə qabardan azad olmanın bir neçə üsulunu nəzərinizə çatdırırıq:

1-ci üsul

Qabarı müalicə etmək üçün bankaya soğan qabığını yığın və üstünü örtəcək qədər sirkə tökün. Bankanın ağzını bağlayaraq 2 həftəlik otaq temperaturunda saxlayın. Sonra qabıqları çıxarın, qurudun.

Qabarın ətrafını vazelinlə yağlayın və qabarın üzərinə 2-3 mm qalınlığında soğan qabığı qoyduqdan sonra bağlayın. Səhər heç bir əziyyət çəkmədən qabarı qoparın. Çox böyük qabarlar üçün bu proseduru bir neçə dəfə təkrar etmək olar.

2-ci üsul

Yatmadan öncə ayağınızı isti su ilə vanna edin və qabarın üzərinə limon dilimi qoyaraq bağlayın. Bu proseduru 2-3 dəfə təkrar etdikdən sonra qabarı qopardın.

3-cü üsul

Aloye bitkisinin yarpağını təmiz yuyun, ortadan bölərək qabarın üstünə qoyun və üstünü polietilenlə örtün. Bir gecəlik üstünü bağladıqdan sonra səhər qabarı daban daşı ilə təmizləyin.

loading...
Şərh yaz