Qadın və həftənin ilk günü

1234

Əgər qadın ağlayırsa demək bu həftənin bazar ertəsi günü baş verib.

Alimlər sübut ediblər ki, bu gün xanımlar üçün ən ağır gündü. Dünən bazar günü olub, o istədiyi qədər yatıb, sevimli çayını dəmləyib, parkda gəzib, ancaq bütün bunlar dünən baş verib.

Rusiyalı psixoterapevt Aleksandr Poleyev bele deyir: “Bazar ertəsi günü işə gələn qadın qarşıdakı 1 həftə ərzində olan çətinlikləri göz önünə alır.”

Məhz bazar ertəsi günü qadınları çox sadə şeylər belə əhvallarını poza bilər. Məsələn-qiymət yaxud hava. Çünki mütəmadi olaraq bunlar dəyişir. Daha çox onları sevdiyi şəxslə münasibəti narahat edir. O zəng etməyi unutdu, ona qarşı diqqətsiz hərəkət edib. Bax yenə qadın problemlər barədə düşünməyə başlayır.

Kişilər isə fikirləşirlər ki, qadın göz yaşları əsassızdır. Onlar sadəcə həyatını uzadırlar. Psixoterapevt Aleksandr Poleyev bu barədə deyir ki, həftə ərzində kişilər 10-15 dəqiqə ağlayarsa, onların ömrü 10-15 il uzana bilər. Elə buna görə də ağlamaq qadınları nəinki sağlam, həm də gözəl göstərir. Psixoterapevtin sözlərinə görə göz yaşları gözü saflaşdırır. Göz yaşı dəriyə də yaxşı təsir göstərir, nəmləndirir və elastikləşdirir.

Psixoloqlar belə hesab edir, əgər qadın həftə ərzində 1-2 dəfə ağlayırsa bu normaldır, deməli o həyat yoldaşı ilə barəbər xoşbəxt yaşayır.

Şərh et