Qadınbudu küftə

Qadınbudu

Xanim.net Sizə tez hazırlaya biləcəyiniz, Qadınbudu küftənin hazırlanma qaydasını təqdim edir.

Lazımdır:

  • 500 qr. qıyma
  • 1 iri soğan (xırda doğranmış)
  • 1 çay stəkanı düyü ( qaynadılmış )
  • 3 yumurta
  • Yarım su stəkanı un
  • 1 su stəkanı duru yağ
  • Qara istiot
  • Duz

Hazırlanması:

1 qaşıq yağda soğanı və qıymanın yarısını qovurub soyudun. Qaynadılmış düyünü, duzu, qara istiotu və qalan çiy qıymanı da əlavə edib 1 yumurta qıraraq yaxşıca yoğurun.

Hazırladığınız qiymadan qoz böyüklüyündə parçalar qoparıb əldə yastı küftələr edin. 2 yumurtanı yaxşıca çırpın. Küftələri əvvəl çırpılmış yumurtaya sonra una bulayarak yağda qızardın. Əvvəlcədən qabın içinə sərilmiş salfetin üzərinə düzün. İsti olaraq xidmət edin.