Qadınlar Aldadıldığını Necə Anlayarlar?

loading...

Qadınların kabus günlərinin başladığı günlər yəni aldadıldığından şübhələnməyə başladığı günlərdir. Kişilər yalnız aldatmağı düşünüb tutulmamağı düşünməkdə eyni diqqəti göstərmə qabiliyyətinə sahib olmadıqları üçün, birdə qadınların inanılmaz daxili hisslərinin qüvvəti sayəsində qadınlar başlar kişinin hərəkətlərindən, rəftarlarından, dəyişən vərdişlərindən şübhələnməyə.

Aldadan kişinin göstərdiyi dəyişmələr qadının aldadıldığını anlaması üçün çox kafi davranışlardır.

Kişinin gərəksiz yerə şişirdilmiş, özünü dünyanın ən yaraşıqlı kişisi sanmağa başlamasıyla dəyişən bir halları, arvadını özünə yaraşdırmamağa başlamaları, özünü çox mədəni sanaraq arvadını alçaltmağa başlaması artıq bu kişinin həyatıyla risk etməyin ilk siqnallarıdır.

Əvəllər qadının hazırladığı yeməkləri iştahla yeyən kişi bu zamanlarda yeməyin ya duzsuzdur ya dadsız, əvvəldən nə geysə yaraşan arvadına çox kilo amısan, selülitlərin çoxalıb deyər.

Özü keçəl olmağa üz tutmuş başına baxmadan arvadının başındakı iki üç tel ağarmışsa, arvadının artıq yaşlanmağa başladığını düşündürər.

Cib telefonunu evə girdiyində ya səssizdədir ya da mesajlar hissəsinə şifrə qoyulmuşdur. Vaxtlı vaxtsız cavabsız zənglər gəlməyə başlar. Qadın “zəng edən kim idi” dediyində cavab ya Əhməd bəydir, ya inşaatçı Məmməd bəydir, ya dostum Əli bəydir, ya boyaçı Vəli bəydir. Telefonuna baxdığınız zaman bu cavabsız zənglər həmişə kişi adıyla qeydli kəslərdən gəlir. Mesajlarına şifrə qoymağı unutduğu bir gün bu kişi adlı kəslərdən birindən səhvən ! dünən gecə çox gözəl idi kimi bir mesaj gəlmə ehtimalı yüksəkdir.

Birdən birə çox çalışqan, əzmli bir ər olan kişi hər axşam işdə daha çox qalmağa başlar. Araştırılıdığında başqa işçi yoxdur, təəssüf tək başına bütün işləri o idarə edir.

Ciblərində alış-veriş çeklərini gördüyünüzdə evə heç gəlməmiş, sizə heç alınmamış bir sıra hədiyyəlik əşyalar, üzüklər, ləl-cəvahiratlara aid çeklərə rast gələ bilərsiniz. Evə gələn kredit kartı hesabları nədənsə artıq ya məktubda itməyə başlar, ya da birdən birə iş yeri ünvanına getməyə başlar.

Cinsi həyatınız ərinizin çoooox yorğun olmasıyla, çox işiylə qəzaya uğramışdır. Artıq bir cinsi həyatınız yoxdur. Ya da sübhələndirməmək üçün əvvəlkinə nəzərən daha aktiv bir cinsi həyatınız başlamışdır.

Nəhayət bunlar kimi bir çox nümunə sıralamaq mümkündür. Heç birini heç bir qadın təbiri qəbul etməz, yalnız çox məcbur olduğu vəziyyətlər varsa susar dinməz. Necə olsa bir gün hamısı burnunuzdan fitil-fitil gətirəcək.

loading...
SHARE
Şərh yaz