Qadınlar kişilərin ilham mənbəyidir

loading...

Yəqin ki, siz kişilərin hansısa bir qadına daim diqqət etməsinin, hədiyyələr təqdim etməsinin və harasa dəvət etməsinin, başqasına isə belə diqqət ayırmamasının şahidi olmusunuz. Əvvəl görünə bilər ki, kiminsə bəxti gətirib, digərlərinin isə yox. Amma əslində bu belə deyil. Gələcəkdə kişinin qadına olan münasibəti ilk öncə qadının xarici gözəlliyindən deyil, daha əhəmiyyətli olan onun daxili gözəlliyindən asılıdır.

Kişilərə igidlik etmək üçün şərait yaradan, onu ilhamlandıran bir qadın olmaq elə də çətin deyil. Bu yolda sizə yalnız hər gün rastlaşdığımız xırda məişət problemləri mane ola bilər.

Bir çox yüzilliklər boyunca qadınlar rəssamları və şairləri, yazıçıları və rəhbərləri ilhamlandırırdılar. Çox güman ki, dünyada böyük igidliklər və gözoxşayan incəsənət əsərləri biz qadınlarsız yaranmazdı. Bizlərdən bəzilərinə anadangəlmə, parlaq ifadə olunan ilhamlandırmaq bacarığı verilmişdir, lakin bununla belə, hər bir qadın ayrı bir dünyanın xəyalıdır. Əks cinsi ilhamlandırmağı bacaran qadının bilməsi vacib olan bir neçə vacib aspektləri sizə təqdim edirik.

Qadın kişiyə onu özünə və öz gücünə inanmağa kömək etməlidir. O, ruhdan düşən kimi qadın onu ruhlandırmalı, canlandırmalı və yeni hədəflərə kökləməlidir, onun daha güclü, daha arxayın olmasını təmin etməlidir. Belə qadın hər kəsi öz pozitiv əhval-ruhiyyəsi ilə və daxili xoşbəxtliyi ilə işıqlandırmalı və sevindirməlidir. Bu adətən xırda şeylərə sevinmək bacarığında, səmimi gülüşdə və təbəssümdə görünür. Qaşqabaqlı üz və tutqun əhval-ruhiyyə olmamalıdır. Hətta xarici gözəllik belə adi insan dəstəyi ilə müqayisə oluna bilməz. Belə qadın yalnız özünü deyil, həm də öz yoldaşını enerji ilə yükləməyi bilməlidir.

Bir çox qadınlar prioritetləri yanlış qəbul edirlər, məsələn, bəzi qadınlar küçəyə çıxarkən və ya işə gedərkən bəzənirlər, lakin evdə baxımsız və səliqəsiz geyinirlər. Buradan bir neçə sual yaranır: əgər sizin sevdiyiniz insan varsa bu zaman niyə siz onun üçün deyil, başqaları üçün gözəl görünməyə çalışırsınız? Digərlərinin fikri sizə daha əhəmiyyətlidirmi?

Növbəti punkta gəlincə isə hər kəsə məlumdur ki, qadın ilk öncə – ailə ocağının qoruyucusudur. Buna görə əziz xanımlar, kişilər üçün nəzərdə tutulmuş vəzifələri və qayğıları öz üzərinizə çəkməyin. Kişi ailə başçısı olduğu üçün, liderliyi ona verin özünüz isə qadın işləri ilə məşğul olun.

Bəlkə də siz fikir vermisiniz ki, bütün kişilər qismən də olsa uşaq xarakterli olurlar. Onlara qarşı heyranlıq hissi özlərini daha xoşbəxt hiss etməyə imkan yaradacaq və tamamilə əhəmiyyətli deyil, siz onun nəyinə heyran olacaqsınız: hədəflərinə, xarici görünüşünə, hərəkətlərinə, yaxud da maraqlarına. Əgər komplimentləri düzgün və xüsusən də dost tanış əhatəsində etsəniz, bu zaman o sadəcə çiçəklənəcək və sizə sonsuz dərəcədə minnətdar olacaq.
Unutmayın ki, kişilər yenidən tərbiyələndirməni sevmirlər, siz yalnız məsləhətlər verə bilərsiniz. Əgər siz öz yoldaşınızdan çox narazısınızsa və hesab edirsiz ki, müxtəlif təbiətlisiniz, bu zaman sizin nə qədər uyğun gəlməyiniz barədə fikirləşməyə dəyər.

Əziz xanımlar! Sevdiyiniz insana nə qədər çox sevgi versəniz, o qədər çox geri alacaqsınız. Kişi və qadın arasında ünsiyyət daimi mübadilədir və bir hissəni verdiyiniz halda iki dəfə daha çox hissə sizə geri qayıdacaq.

Şərh yaz