Qadınlara uyğun gələcək kişi kosmetikası

loading...

Bu dünyada hər şey elə qarışıb ki, marketoloqlar kosmetik bazarda təklif edilən vasitələrin gender əlamətinə görə ayırmağa nə qədər çalışsalar da, onlarda heç nə alınmır. Çünki biz qadınlar, hiyləgərik və stereotiplərin təsirinə məruz qalmırıq, bundan başqa bizim marağımız hər zaman qələbə qazanır və əgər məhsul bizə mükəmməl uyğunlaşarsa, onun kişilər üçün olması əhəmiyyətli deyil, biz onu özümüz istifadə edəcəyik.

Təraş

Xanımlar da həmçinin bu texnikadan mütəmadi olaraq istifadə edir. Bu səbəbdən dəzgahın işi zamanı və təraşdan sonra dərinin sakitləşdirilməsi məsələsi bəzən kifayət qədər kəskin məsələyə çevrilir. Kişilər üçün nəzərdə tutulmuş kosmetikanın arasında təraş üçün köpüklənməyən gellər mövcuddur ki, onların istifadəsi zamanı təraş həzzə çevrilir. Ülgüc öz işini hərfən yağ kimi edir, amma dəri bu halda nəmləndirilmiş və qıcıqlandırılmamış qalır.
Təraş mövzusunu davam edərək, sizə öz diqqətinizi daha bir super vasitədə saxlamağı təklif edirik — dəri altına girmiş tüklərin qarşısının alınması üçün vasitə. Belə vasitə qıcıqlanmış yerləri nəmləndirir və iltihabı azaldır.

Relaks

Kişilər üçün nəzərdə tutulmuş masaj yağları, qadınlara əzələlərini rahatlamağa kömək etmək və ya yüngül dəri qaşınmasını götürmək üçün əla uyğun gələcək.

Tərdən müdafiə

Qeyri-aqressiv ətirli kişi dezodorantları məsuliyyətli və fiziki yüklü gün üçün çox yaxşı vasitə olacaq.

Saqqal üçün yağlar

Kişilər üçün nəzərdə tutulmuş saqqal üçün xüsusi yağlar tükləri yumşaldır, zahiri parıltı və gözəl ətir verir. Çarpışan tük uclarını hamarladığı üçün xanımlar da bu vasitələrdən saçları üçün istifadə edə bilərlər. Belə yağlardan bir neçə damcı ovuclarınıza çəkib saçlarınızın bütün uzunluğuna bərabər bölüşdürün.

Manikür

Kişilər üçün rəngsiz dırnaq boyaları, xüsusilə də tutqun boyalar çox təbii və rahat görünür. Onların istifadəsi nəticəsində dırnaqlar təbii və qulluq edilmiş görünür.

Sərinləşdirici gellər

Üz üçün sərinləşdirici gellərə əsasən kişilər üçün nəzərdə tutulmuş kosmetik vasitələrin arasında rast gəlinir. Lakin bəzən xanımlar da belə vasitələrə ehtiyac duyur. Buna görə belə sərinləşdirici vasitələri də biz kişilər üçün kosmetik vasitələrin arasından mənimsəyirik. 🙂

Düzdür biz bəzən kişilərin kosmetika sumkalarına yiyələnirik, onların köynəklərini geyinir, onların ətirlərindən istifadə edirik. Lakin kişi olmaq hüququnu onsuz da onlara buraxırıq, çünki biz — qadınıq.

loading...
Şərh yaz