Qamət və gözəllik üçün otlar ilə dəmlənən çayın xeyiri

loading...

cay-otuYaşıl çay ləyaqətli diqqətə malik yeganə çay növü deyil. Həmçinin başqa otlar ilə dəmlənmiş çaylar da bir çox faydalı xüsusiyyətlərə malikdir.

  1. Yaşıl çay piyləri yandırır və arıqlamağa kömək edir
    Yaşıl çayın tərkibinə daxil olan epiqallokatexin orqanizmə piyləri yenidən daha sürətlə emal etməyə kömək edir və demək olar ki, çəki yığımı prosesini iki dəfə yavaşıdır.
  2. Nanə bitkisi qarın ağrıları vaxtı kömək edir
    Nanə yarpaqlarında olan yağ həzm yolunun hamar əzələlərinin spazmalarını çəkir və qarında ağrıları azaldır. Diskomfortun ilk əlamətləri vaxtı bir fincan yeni dəmlənmiş nanəli çay içməyiniz məsləhət görülür.
  3. Zəncəfil iştahı aşağı salır və bununla arıqlamağa kömək edir
    Əgər siz tam doyumlu nahardan iki saat sonra belə acırsınızsa, bu zaman yeməkdən sonra zəncəfildən hazırlanmış içkidən istifadə etməyə çalışın. Bunun üçün 1 çay qaşığı quru və ya təzə üyüdülmüş zəncəfili 1 stəkan qaynar suda dəmləmək lazımdır. Zəncəfil toxluq hissini təmin edir və artıq yemək üçün həvəsin oyanmasından xilas edir.
  4. Gülhatmi (Hibiskus) dərinin vəziyyətini yaxşılaşdırır
    Gülhatmi gülləri ilə dəmlənmiş bir fincanda C vitamininin gündəlik normasının 60%-ə qədəri mövcuddur ki, o yalnız soyuqdəymə ilə mübarizə aparmağa kömək etmir, o həm də dəridə kollagenin – dərinin elastiklikliyini təmin edən maddənin – saxlanılmasına imkan yaradır.
  5. Çobanyastığı əhval-ruhiyyəni artırır
    Çobanyastığının gülləri sətəlcəmə qarşı, antibakterial və antivirus təsirə malik maddələr, yəni flavonoidlər ilə zəngindir. Bundan başqa onların tərkibinə əhəmiyyətli, qanda xoşbəxtlik hormonlarının səviyyəsini artıran – dopamin və serotonin maddələri daxildir.
loading...
Şərh yaz