Qara gavalının xeyirli cəhətləri

loading...

Qara gavalı ən faydalı quru meyvələrdən biri hesab edilir. Onun tərkibində xeyli miqdarda dəmir olduğu üçün, o avitaminoz və ya qanazlığı zamanı əvəzolunmaz vasitədir. Qara gavalı ballast maddələriylə də zəngin olduğu üçün mədə xəstəliklərinin müalicəsində də istifadə olunur. Bu zaman tez sağalmaq üçün, hər gün təxminən 5-6 ədəd qara gavalı qəbul etməyiniz lazımdır.qara gavalı

Bundan başqa qara gavalı artıq çəki probleminin öhdəsindən gəlməyə kömək edir. Məhz bu xüsusiyyətinə görə qara gavalı hər hansısa bir pəhriz zamanı diyetoloqlar tərəfindən məsləhət görülür.

Qara gavalının daha bir maraqlı xüsusiyyəti – xəstəlik törədən orqanizmlərə və bakteriyalara qarşı mübarizə aparmaq qabiliyyətidir. O çox güclü antibakterial xüsusiyyətlərə malikdir.qara gavali

Qara gavalı orqanizmi tonusda saxlayır, iş qabiliyyətini artırır, orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır, əhval-ruhiyyəni yüksəldir. Bundan başqa, o daxili orqanlara müsbət təsir edir və gözəllik dünyasında da mühüm rol oynayır. Onun düzgün istifadəsi dərinin daxili və xarici vəziyyətini yaxşılaşdıra bilər.

Öz çox gözəl təmizləyici xüsusiyyətinin sayəsində, qara gavalı orqanizmin təmizlənməsi probleminin öhdəsindən yaxşı gəlir, qəbizlik problemləri ilə mübarizə aparır, bundan başqa qara gavalı mədə turşusunun ifrazını və iştahanı artırır.Gavalı

Orqanizmə öz müsbət təsirindən başqa, bu quru meyvə xüsusi dad keyfiyyətlərinə malikdir. Bir çox salatlarda, ət yeməklərinin reseptlərində, şirniyyatlarda qara gavalıdan istifadə olunur. Məlumdur ki, qara gavalı əti uzun müddət təzə saxlamağa kömək edir. Qara gavalı həmçinin ətdə uzun müddət rütubəti saxlamağa imkan yaradır. Əlbəttə, bu xüsusiyyət başqa quru meyvələrə də aiddir, yalnız qara gavalının neytral dadı olduğu üçün o ət məhsulunun ətrini və dadını dəyışmir.

Qara gavalı həmçinin xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Müasir tibb elmi də artıq onun nüfuzunu qəbul edərək, böyrəklərin, qaraciyərin və ürəyin müalicəsi zamanı ondan geniş istifadə edir.