Qarpız sevənlərin diqqətinə!

loading...

Qarpızdan istifadə edərkən bu məqamlara diqqət olunmalıdır. Xüsusilə pəhriz saxlayanlar qarpız yeyərkən pendirlə yeməmələri məsləhətdir, çünki pendir qarpızla yeyildiyi təqdirdə həddindən artıq çəki toplanmasına gətirib çıxarır. Qarpızın tumları bağırsaq tıxanmalarına səbəb olur. Bu baxımdan qarpızı tumları ilə birlikdə istifadə etmək orqanizim üçün zərərli hesab olunur.

Lakin qarpızın ziyanından çox xeyri var. Belə ki, yay aylarında ən çox yediyimiz meyvələrdən biri olan qarpız. yüksək təzyiq və ürəklə bağlı problemlərin qarşısını alır.

Bu meyvənin tərkibində olan laykopen adlı maddə insan bədənində kanserogen təsiri meydana gətirən maddələrə qarşı təsirli hesab olunur.

Həmçinin verilən məlumatda bildirilir ki, qarpızın tərkibində olan kalium qan dövranında olan natriumun böyrək yolu ilə atılmasını təmin edir.

Qarpızın təzyiqə və böyrəklərin daha yaxşı funksional hala gəlməsinə faydası var. Eyni zamanda ürəyə olan yükü azaltdığı da bildirilir.
Bədənə sərinlik gətirən və sidikqovucu xassəyə malik olan qarpız həmçinin öd ağrılarının azaldılmasında və susuzluğun aradan qaldırılmasında əhəmiyyətlidir.

loading...
Şərh yaz