Qatıqlı kök salatı

loading...

Ləzzətli qidalanmaq, lakin kilo almamaq hər kəsin istəyirdir. Xanım.net bu dəfə də Sizə az kalorili, amma çox ləzzətli bir salat resepti təqdim edir:

Ərzaqlar:
  • Yarım kilo kök,
  • zeytun yağı,
  • duz,
  • 3 qaşıq qatıq,
  • 1 qaşıq mayonez,
  • 2 diş sarımsaq.
Hazırlanması;

Rəndələnilmiş kökləri yağda 20 dəqiqə qovurun. Dərin bir kasada qatıq, mayonez və sarımsağı qarışdırın.
Bu qarışığın üzərinə qovrulmuş kökləri tökün. İstəsəniz üzərinə pul bibər səpin.

Nuş olsun!

Şərh yaz