Qəhvə rəng gözə sahib olan xanımlar

Göz makiyajı
loading...

Qəhvə rəngli gözə sahib olan xanımlar nə cür makiyaja üstünlük verməlidirlər?

Edilən doğru bir göz makiyajı bütün gözəlliyinizi ortada çıxartmaqda sizə köməkçi ola bilər. Makiyajda ən əhəmiyyətli nöqtə gözlərdir. Bu yazımda sizlərə göz makiyajı təkliflərini irəli sürəcəyəm. Mən qəhvə rəngli gözə sadə makiyajı və iddialı makiyajı da yaraşdırıram. Amma seçiminizi paltarlarınıza görə etməyiniz daha doğru olar.

Əgər gözlərinizin rəngi tünd qəhvəyidirsə tünd və orta tondakı tenləri seçə bilərsiniz. Tünd qəhvəyi rəngli gözlərə sahib olan xanımlar ümumiyyətlə təbii tonları, torpaq tonlarını, qaraya yaxın tünd qırmızıları, boz rəngləri ya da bej tonları seçməlidirlər. Laynerdən və qara tuşdan imtina etməyin sizə çox yaraşacaq.

Orta tündlükdəki qəhvə rəngli gözlərə sahibsinizsə, yaşılın tonlarını və bənövşəyilər sizə çox yaraşar. Tünd rəngli yanıq narıncılar da istifadə edə bilərsiniz.

Açıq qəhvə rəngli gözlər mütləq qara laynerdən uzaq dayanmalıdırlar. Qara yerinə tünd boz rəngli laynerləri sınayın. Göy göz qələmləri sizə çox yaraşar, bu səbəbdən qara yerinə tünd göyləri seçin.

Fikrimcə qara və boz tonlarda hər vaxt qəhvə rəngli gözlərə sahib olan xanımlara çox yaraşır, çünki qara və boz tonlar göz rəngini daha qabarıq göstərir.

Sizin üçün seçdiyim bir neçə qəhvə rəngli göz makiyajını paylaşıram:

[justified_image_grid facebook_id=122845817774316 facebook_album=680539152004977]

Şərh yaz