Qeysəriyyə əməliyyatının müsbət və mənfi cəhətləri

loading...

Hər bir əməliyyat kimi qeysər kəsiyinin də müsbət və mənfi cəhətləri vardır.

Tez-tez eşidirik ki, qeysər kəsiyi yoluyla doğuş etmək tez və ağrısız olur – ana və körpə doğuş ağrısını hiss etmirlər, ona görə də qeysər kəsiyi məsləhətlidir.

Əlbəttə ki, cərrahiyyə narkoz ilə aparılır. Lakin qeysər kəsiyi cərrahiyyəsindən sonra olan ağrı, vaginal doğumda olan ağrıdan daha güclü və uzunmüddətli olur.

Qeysər kəsiyi əməliyyatı təbii ki doğuşdan az vaxt aparır, lakin ondan sonra sağalmaq üçün daha çox müddət tələb olunur. Qarın nahiyyələrində yaranın sağalması, ağrılar, qan itkisinin bərpası, infeksion yoluxmaların artma ehtimalı, süd gəlişi ilə bağlı problemlər, hərəkətlərin məhdudiyyəti, körpəni qaldıra bilməmək – bütün bunlar qeysər kəsiyindən sonra ananın həyatını çətinləşdirir.

Əməliyyatın mənfi cəhəti – qadının hormon problemləri ilə əlaqədar yaşadığı psixolojı durumudur.

Qeysər kəsiyinin üstünlükləri haqqında danışarkən, bunuda qeyd etmək lazımdır ki, qeysər kəsiyindən sonra uşaqlıq yolu genəlmir, kəsilmə və tikiş olmur və sonra cinsi həyat ilə bağlı problem yaşanmır.

Yalnız doğum qorxusuna görə qeysər kəsiyi əməliyyatına getməyi həkimlər qəti tövsiyə etmirlər. Ana və körpə üçün təbii doğuş daha üstündür.

loading...
SHARE
Şərh yaz