Qırmızının 50 çaları: məşhurların sevimli dodaq boyası

Dodaq boyası
loading...

Məşhur modapərəstlər bilir ki, qırmızı rəng yalnız geyimdə deyil, həm də makiyajda mövsümün ən effektli rəngi hesab edilir.

Qırmızı dodaq boyası — əks cinsin diqqətini cəlb etməsi ilə yanaşı, istənilən kütləvi məğlubiyyət silahı kimi, xüsusi münasibət tələb edir. Al-qırmızı çalarlardan istifadə etməzdən əvvəl, dərinizin mükəmməl tonda olmasına diqqət edin, çünki istənilən sızanaq və ya qızartı bu rəngdə dodaq boyası ilə iki dəfə daha çox gözə çarpan olacaq və makiyajınız lazımi zərifliyini itirəcək.

Bundan başqa, qırmızı rəngdə dodaq boyası rəqabətə dözmür. Əgər siz diqqəti dodaqlara cəmləşdirmək istəyirsinizsə, bu zaman qalan makiyajı “nude” stilində, yəni sadə edin. Yüngül çəhrayı çalarlarda ənlik obraznıza təravət verəcək, qəhvəyi rəngdə olan çalarları isə daha uyğun vaxta saxlasanız yaxşıdır.

Qırmızı rəngdə dodaq boyası seçərkən diqqət edin ki, seçdiyiniz kosmetik vasitəsinin tonu dodaq dərinizin tonu ilə eyni olsun. Əgər sizin dodağınızın rəngi açıq tonlardadırsa, bu zaman təbiəti aldadaraq soyuq tonda olan dodaq boyasını seçməyə dəyməz. Dodaq boyası seçərkən həm də dərinin, saçların və gözlərin rəngini nəzərə almaq lazımdır.

Mükəmməl qırmızı dodaqlar üçün bir neçə məsləhət:

  • Zəruri olduqda makiyajdan əvvəl dodaqlarınızı balzamla nəmləndirin. Ona bir az hopmağa imkan verin və sonra salfetlə qalan hissəsini silin.
  • Dodaqlarınızı azca tonlaşdırıb kirşanlayın, bunun üçün üz tonunuzda istifadə etdiyiniz vasitələrdən də istifadə etmək olar.
  • Dodaq boyanızın tonuna uyğun və ya ondan bir ton tünd rəngdə olan dodaq qələmindən istifadə edə bilərsiniz. Unutmayın ki, daha tünd dodaq konturu dodaqları vizual olaraq daha həcmli edir. Səliqəli makiyaj üçün dodaq qələminin iti uclu olması olduqca vacibdir.
  • Dodaq qələmindən istifadə edərək ilk öncə üst dodağın mərkəzindən başlayın, sonra alt dodağın ortasından künclərə tərəf makiyaj edin. Qələmi perpendikulyar saxlayın, belə kontur daha dəqiq alınacaq.
  • Pambıq çubuğunun köməyi ilə konturu dodağın içinə azca yayın. Bundan sonra artıq dodaq boyasından istifadə edə bilərsiniz. Dodaqlara makiyaj edərkən yenə mərkəzdən başlayaraq künclərə doğru hərəkət edin.
  • Dodaq boyasının daha effektli rəng alması üçün, birinci qatı çəkdikdən sonra dodaqlarınızın üzərinə salfet batırın (bu artıq boyanı özünə hopduracaq), bundan sonra isə dodaqlarınızı kirşanlayıb ikinci qatı çəkin.
loading...
Şərh yaz