Qış mövsümünün saç kəsimi dəbi

loading...

Dünyanın tanınmış stilistləri qış mövsümünün ən dəbli saç kəsimləri haqqında məlumat veriblər. Belə ki, qısa, dağınıq saçlar 2012-ci ilin qış mövsümü dəbinə damğasını vurur.

Evdə, işdə yaxud da xüsusi gecələrdə qadınların özlərini tamamilə formada hiss etməsi hər zaman aktualdır.
Qısa saç kəsimləri isə qadınlardan böyük cəsarət istəyir. Saç spreyləri vasitərilə dağınıq saç formalarına isə zərif cinsin nümayəndələri asanlıqla nail ola biləcəklər.

Dağınıq, qabarıq, hərəkətli saçlar da mövsümün ən dəbli saç formaları olduğunu deyən stilistlər onu da qeyd ediblər ki, saçlar nə qədər təbii görünərsə sahibini bir o qədər baxımlı göstərər.

Düz saçlara sahib olan xanımlar təpədən başlayaraq qalın, hamar, əyri tel kəsdirə bilərlər. Telsiz də saxlamaq olar.

Stilistlər 2012 – ci ilin dəbi olaraq gəlin namizədlərinə əsasən uçuq – havalı saç modellərini, müxləlif formalardan ibarət, retro-stildə, həmçinin hündür formalı saç düzümləri tövsiyyə edir.

Gəlinlik nə qədər mürəkkəb görünüşə malik olarsa, saç düzümü də bir o qədər sadə və təbii olmalıdır. Unutmaq lazım deyilki, dəbə uyğun olub-olmamasından asılı olmayaraq saç düzümü həm gəlinlik, həm də gəlin namizədin üz quruluşu ilə harmoniya yaratmalıdır.

2012-ci ilin saç düzümündə professionallar mürəkkəb quruluşa malik böyük həcmli və güclü fiksasiya edilmiş formalardan uzaq durmağa çalışırlar. Dəbdə təbii və axıcı saç düzümləri olacaqdır. Bu saç düzümü dəbdəbəli, işləməli gəlinliklə daha gözəl görünəcəkdir. Saçlar isə ideal görünüşdə- sağlam, parlaq və canlı olmalıdır.

Şərh yaz