Qısa zaman ərzində qarın piylərindən qurtulmaq üçün…

loading...

Türkiyənin məşhur diyetoloqu Endər Saracın qarın piylərindən qısa zaman ərzində qurtulmağı vəd edən pəhrizini təqdim edirik:

Yalnız nəzərə almaq lazımdır ki, pəhrizinizi müxtəlif idman hərəkətləri ilə birləşdirsəniz daha müsbət nəticə əldə edə bilərsiniz. 1 həftə boyunca həftənin tək günləri bunları edin:

Pəhriz:

  • Səhər yeməyi: Bir dənə qabıqlı olmaq şərtiylə yaşıl alma və sərt şaftalı
  • Arada atışdırmaq üçün: 2 barmaq ölçüsündə pendir dilimi
  • Nahar: Dərisiz olmaq şərtilə 1 boşqab qızartmada bişmiş toyuq, bol yaşıl salat, təzə soğan
  • Saat 3: 3-4 dənə yulaflı biskvit
  • Saat 5: 1 ədəd qabıqlı olmaq şərtiylə yaşıl alma
  • Axşam: zeytun yağında bişmiş paxla (4-5 qaşıq), 1 dilim çörək və mövsüm salatı
  • Gecə: İçinə darçın da atılmış ilıq və yağsız süd, 3-4 fincan razyana çayı, yaşıl çay, avakado yarpağı və albalı budaqları qarışdırılaraq çay halında içiləcək.

İdman hərəkətləri:

İdmandan öncə, hər səhər 1 stəkan suyun içinə 1 qaşıq bal və 10 damla limon əlavə edib için.

Bol tərləmək üçün hər səhər ortalama 35-40 dəqiqə templi şəkildə gəzinti etməlisiniz.

İdman etdikdən sonra hər səhər xam ipək kisə və ya balqabaq lifi ilə omba, bel və qarın bölgəsini sərt bir şəkildə ovalayın. Daha sonra küncüt yağı və ya bibər yağı ilə bu bölgələrə masaj edin.

Şərh yaz