Qışda dəri üçün maskalar

loading...

Qışda dərinizə qulluq üçün aşağıdakı maskaları tövsiyyə edirik.

Avokado maskası
  • Tələb olunur: 1 avokado.
  • Hazırlama qaydası: avokadonun çəyirdəyini təmizləmək, püre hazırlamaq.
  • Tətbiqetmə: Meyvənin lətini üzə çəkmək və 15 dəqiqə saxla-maq. İlıq su ilə yumaq.
Yoğurtlu maska
  • Tələb olunur: 2 xörək qaşığı yoğurt.
  • Tətbiqetmə: Yoğurtu üzə çəkib, 15 dəqiqə saxlamaq. Sərin su ilə yumaq.
Yumurtalı maska
  • Tələb olunur: 1 yumurtanın sarısı, 1 çay qaşığı bal.
  • Hazırlama qaydası: yumurtanın sarısını balla çalmaq.
  • Tətbiqetmə: Qarışığı üzə və boyuna yaxmaq, 20 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Yağlı krem
  • Tələb olunur: 3 xörək qaşığı kokos yağı, 2 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı badam yağı, 1 çay qaşığı arı mumu, 3 xörək qaşığı su, 0,5 çay qaşığı boraks.
  • Hazırlama qaydası: mumu su vannasında əritmək, yağları əlavə etmək, yaxşıca qarışdırmaq. Ayrıca suda boraksı əritmək. Hamısını bir yerə yığıb qarışdırmaq.
  • Tətbiqetmə: Dərini yumşaltmaq üçün kremi dəriyə çəkmək.
Yulaf maskası
  • Tələb olunur: 1 yumurtanın sarısı, 1 xörək qaşığı yulaf lopası, 0,5 xörək qaşığı bal.
  • Hazırlama qaydası: inqrediyentləri yaxşıca qarışdırmaq.
  • Tətbiqetmə: Alınan qarışığı üzə çəkmək və 15-20 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Yağlı dəri üçün ballı krem
  • Tələb olunur: 2 xörək qaşığı qliserin, 1 xörək qaşığı bal, 1 çay qaşığı jelatin, 1 həb aspirin, 100 ml su.
  • Hazırlama qaydası: jelatini suda həll etmək, bal, qliserin, aspirin əlavə eləmək. Alınan kütləni su vannasında 15 dəqiqə isitmək. Soyutduqdan sonra çalmaq.
  • Tətbiqetmə. Kremi üzə nazik qatla yaxmaq. Qalıqları kağız salfetlə silmək.
Şərh yaz