Qışın dəbli rəngi hansıdır?

loading...

Keçən qış adətən qızıl çağını yaşayan zoğalı tonlar bu qış mövsümündə də dəbdə olan rənglər arasındadır.

Xüsusən də Burberry Prorsum kolleksiyasının əsas rənglərindən olan tünd qrmızı tonlar, Erdem, L’Wren Scott, Lanvin, Christopher Kane və Valentino 2013 2014 qış dəfilələrində gözə çarpır. Tünd qırmızı toları əsasən dəri detallarda daha çox istifadə edilib.

Dəbli xanımların qarderobunda bu qış mövsümündə ən çox rast gəlinən də məhz tünd qırmızı olacaq. Klassik geyimlərdə üstünlük təşkil edəcək tünd qırmızı rəngə hətta aksesuarlarda da rast gəlinəcək.

Əlcəklər, papaqlar, çantalar alarkən mövsümün dəbli rəngini unutmayın!

loading...